İYİ-də Azərbaycan bayrağı dalğalanırsa… – Millət vəkili

  • 27 okt 2017, 14:43

Ötən günlərdə Türkiyədə böyük səs-küylə yaranan yeni İYİ Partiyanın bu ölkədə gəlib-keçmiş əksər partiyalar kimi ənənəçiliyə, populist çağırışlara sahib sağ partiya olduğu anlaşılır. Yeni mesajlar yoxdur, bu partiyanın daha çox mövcud AKP iqtidarının antitezisi üzərində formalaşdığı sezilir.

 

Millət vəkili Fazil Mustafa keçmiş MHP-çi in İYİ Partiyası ilə bağlı fikirlərini bölüşüb. Millət vəkili partiyadakı yeni simaların diqqət çəkmədiyini qeyd edib:

"Başqa partiyalardakı istənməyən adamlardan ibarət bir kadrlaşmanın olduğu aydın görünür. Partiya başqanının da tutucu bir vizyon adamı olduğunu söyləmək çətindir. Bunun əlbəttə, müsbət tərəfləri var. Çünki bugünkü Türkiyədə təqribən Özal təfəkkürünə sahib, ideoloji cinahlardan hansısa birinə özünü həsr etməmiş siyasi liderlərə daha çox ehtiyac duyulmaqdadır. Ancaq Maral Akşənər Özal tutumlu və miqyaslı siyasi lider olmağa yaxın görünmür. Bununla belə, Türkiyə cəmiyyətində AKP-yə ciddi bir alternativ partiyanın ortaya çıxdığını söyləmək olar”.

Millət vəkili vurulayıb ki, bu gün vətəndaşlarımızın Türkiyə siyasətində əsas meyarı Azərbaycan dövlətinə və Azərbaycan xalqına bəslənilən münasibət təşkil etməlidir:

"İYİ Partiyasının toplantısında Azərbaycan bayrağı dalğalanırsa, "Qarabağ!” şüarı əllərdə tutulursa, eyni halın AKP, CHP, BBP-nin və MHP-nin toplantılarında da təkrar-təkrar gözə dəyməsinə çalışmalıyıq. Türkiyədə Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Elə Azərbaycanda da hansısa vətəndaş Türkiyəyə dost kimi baxmasa belə, buna onun müstəqil baxışı kimi qiymət verərik, ancaq düşmən kimi baxan hər kəs bizim də düşmənimizdir! Çünki biz 1918-ci ildə bir millət olaraq xilasımız üçün qəhrəman türk əsgərinə vəfa borcunu unutmayanların varisləriyik. Anlaşıldımı indi Türkiyədə kimi dəstəkləməliyik?”

Qeyd edək ki, MHP-dən uzaqlaşan Maral Akşənər iki gün öncə yeni - İYİ Partiyasının təsis konfransını keçirib. Konfransa MHP-nin nüfuz sahibi olan keçmiş üzvləri də qatılıb.

İYİ Partiyasının xarici xüsusi xidmət orqanlarına bağlılığı barədə iddialar səsləndirilir. /mənbə-Axar.az/

Demokratik.Az

Oxşar xəbərlər