Mossad açıqladı - İsrail İrana hücum edəcək

  • 26 okt 2017, 18:46
"ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə aparılan işlər İranın nüvə silahı əldə etməsini dayandıra bilməsə, İsrail İrana hərbi müdaxilə edəcək”. Bu sözləri Yaponiya mediasına verdiyi açıqlamada İsrailin xüsusi xidmət orqanının rəhbəri İsrael Katz deyib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, İran ilə P5+1 ölkələrinin imzaladığı nünə proqramı müqaviləsini xatırladan Katz bildirib ki, İranın heç bir zaman nüvə silahına sahib olmaması üçün İsrail əlindən gələni edəcəkdir.

Xatırladaq ki, İsrail əvvəllər də ən böyük müttəfiqi ABŞ-ın razılığı olmadan bir sıra ölkələrə hərbi müdaxilə edib. 1981-ci ildə İraqı, 2007-ci ildə Suriyanı vuran İsrailin İrana hücum etməsi olduqca riskli bir ehtimaldır.
 
Demokratik.Az
Oxşar xəbərlər