"Lotu Quli" Gürcüstandan Türkiyəyə keçib

  • 25 okt 2017, 21:54

Ötən gün 21 illik həbs həyatından sonra azadlığa buraxılan "Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifov doğulduğu Gürcüstanı tərk edib.

 

Lent.az-ın "Lotu Quli”yə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti Azərbaycanda azadlığa buraxıldıqdan sonra bu ölkəyə, doğma kəndinə gedən kriminal aləm nümayəndəsinə ölkəni dərhal tərk etməsi barədə qeyri-rəsmi xəbərdarlıq edib.

 

Bildirilir ki, oğru dünyasının nümayəndələrinə qarşı sərt qanunları ilə seçilən Gürcüstan Nadir Səlifovun ölkədə bir gündən artıq qalmasına imkan verməyib.

 

"Vor zakon”un yeni adresi də artıq bəllidir. Əldə etdiyimiz məlumata görə, o, artıq Gürcüstanı tərk edərək Türkiyəyə keçib. "Lotu Quli”nin bir müddət İstanbulda yaşayacağı və öz işlərini buradan görəcəyi iddia edilir.

 

Qeyd edək ki, "Lotu Quli" ilə düşmən olan azərbaycanlı mərhum qanuni oğru Rövşən Lənkəranski də sui-qəsdlə öldürülənə qədər uzun müddət İstanbulda yaşayıb, işlərinə buradan nəzarət edirdi. 

Oxşar xəbərlər