Bərdədə su kəməri partladı: Şəhər susuz qaldı

  • 24 okt 2017, 07:47

Bərdə şəhərinin su təchizatında problem yaranıb.

Report xəbər verir ki, rayonun Bakı küçəsində diametri 250 mm olan su borusunun partlaması nəticəsində Bərdə şəhərinin böyük hissəsi susuz qalıb.

"Azərsu" ASC-nin Bərdə Rayon Su Kanalı İdarəsindən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlərin görüllüyü bildirilib:

"Su təchizatı, ən yaxşı halda sabah bərpa ediləcək".

Qəzaya səbəb kimi, su borularının istismar müddətinin başa çatması göstərilir.

Oxşar xəbərlər