"İctimai nəqliyyatda yaşlılara yer verməyin" - ?!

  • 21 okt 2017, 08:22

Oksford Universitetindən bir professor yaşlı insanların oturmaq əvəzinə ayaq üstə durmasının sağlamlıqları üçün daha faydalı olduğunu bildirib.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, yaşlıların gündə 10 dəqiqə yeriməsi və yaxud liftə minmək əvəzinə pilləkənlə çıxması da onların sağlamlığı üçün vacibdir. Universitetin professoru bildirib ki, yaş artdıqca fiziki fəallıq da artmalıdır:

"Ailənizin yaşlılarını liftə minməyə deyil, pilləkənlə çıxmağa təşviq edin. Metro, ya da avtobusda yaşlı birinə yer verərkən iki dəfə düşünün. Ayaq üstə durmaq onlar üçün daha faydalıdır”.

Oxşar xəbərlər