Dəniz Baykal komaya düşüb?

  • 18 okt 2017, 13:59

Ankara Universitetinin İbn Sina xəstəxanasında müalicə alan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın ölümü ilə bağlı xəbərlər yayılıb.

Türkiyə mediayası iddia edir ki, 3-cü dəfə əməliyyat olunan Baykalın beyin ölümü keçirib.

Bununla bağlı "Habertürk” qəzetinin yazarı Sevilay Yılmaz iddia irəli sürüb.

CHP lideri Kamal Kılıçdaroğlu isə sosial şəbəkədə "Bütün dualarımız Dəniz Baykal üçün” yazıb.

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəniz Baykalla bağlı tapşırıq verib. O, Baykalın müalicəsini məşhur beyin cərrahı Uğur Türəyə tapşırıb.

Demokratik.Az

Oxşar xəbərlər