Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:01 - 09.12.2019  
Hövsanda iyrənc əməl: ana 14 yaşlı qızının seks videolarını çəkib...
Tarix: 18-10-2017, 07:52 | Bölmə: ---

14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən prosesə hakim Əhməd Quliyev sədrlik edib.

 

Hövsanda iyrənc əməl: ana 14 yaşlı qızının seks videolarını çəkib...Məhkəmədə ifadə verən İsaməddin Hacatov bildirib ki, 2007-ci ildə ailə həyatı qurub və iki azyaşlı övladı var. O, dəmirçi-rəngsaz kimi avtomobil təmiri ilə məşğul olduğunu və Türkan qəsəbəsində yaşadığını deyib: "Kənddə yaşayanda Kəbir Bayramovu tanımışam. Həmin adamın maşınını düzəltmişəm. Kəbirin arvadı Ziyafəti isə bir neçə dəfə dayanacaqda görmüşəm. 2014-cü ilin mart ayında telefonuma zəng gəldi. Soruşanda da dedi ki, Kəbirin arvadı Ziyafətdir. Mənimlə tanış olmaq istədi. Dəfələrlə telefonla danışdıq. Bundan sonra Ziyafətlə aramızda  münasibət yarandı. Ziyafətin qızları və oğlu da mənimlə anaları arasında münasibət olduğunu bilib. Ziyafət özü övladlarına danışmışdı. Ziyafətlə heç vaxt cinsi əlaqədə olmamışam. Çünki 2009-cu ildə öz həyətimdə yüksək gərginlikli elektrik xəttini kəsən zaman cərəyan vurub yıxılmışam. Nəticədə bir neçə fəqərəm sındı, baş sümüyüm çatladı. Bundan sonra onurğamın iliyi zədələndiyindən məndə impotensiya başladı və cinsi əlaqədə olma qabiliyyətimi itirdim.  Bununla bağlı çox həkimə getsəm də, xeyri olmadı. Ziyafət mənimlə cinsi əlaqədə olmaq istəyəndə, ona impotent olduğumu demişəm. Lakin o, məndən əl çəkmirdi, sevdiyini deyir, ayrılmaq istəmirdi”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, Ziyafətlə görüşəndə qadın cinsi ehtirasını müxtəlif yollarla təmin edib (Təqsirləndirilən şəxs bu barədə detallı danışıb, lakin qeyri-etik məqamları nəzərə alaraq, açıq yazmırıq – red.): "Ziyafətlə əksər hallarda maşınımda və yaxud dostumun bağında görüşürdüm. Ondan niyə əri ilə münasibətdə olmadığını soruşanda, onu sevmədiyini, istəmədiyini demişdi. Ziyafəti sevməmişəm, bu münasibətə son qoymaq istədim. Lakin özünü öldürəcəyini dedi. Uşaqlarına yazığım gəldi. Ziyafət söhbət edəndə mənə demişdi ki, əri əsgərlikdə olanda ərinin əmisi oğlanları ilə cinsi münasibətdə olub. Həmçinin, pul az olanda Hövsana əmisi qızının yanına gedib, pul müqabilində başqa kişilərlə cinsi münasibətdə olduğunu da deyib”.

 

İsaməddin Hacatov bildirib ki, 2016-cı ilin may ayında Ziyafətlə dalaşıb: "Məndən əl çəkmirdi. Deyirdi, sənə görə hər şeydən, hətta uşaqlarımdan belə keçərəm. Həmin ərəfədə Ziyafət mənə qızı Aytənin (ad şərtidir-red) videolarını atmağa başladı. Həmin görüntülərdə Ziyafət qızı ilə birlikdə bir-birilərini soyundurub seksual hərəkətlər edirdi. Ziyafətdən niyə həmin görüntünü mənə  göndərdiyini soruşanda, mənim üçün hər şeydən, hətta uşaqlarından da keçəcəyini sübut etdiyini dedi. Sonra mənə məlum oldu ki, Ziyafət qızı Aytən ilə başqa görüntülər də çəkib, müxtəlif adamlara göndərib. Ziyafətin mənə göndərdiyi görüntünü xəbərim olmadan telefonumdan qəsəbədə yaşayan Canı özünə göndərib.  Canı telefonu məndən danışmaq üçün istəyib və görüntünü görüb öz telefonuna göndərib”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, görüntülərdə Ziyafət qızı Aytən ilə lesbiyan münasibətlərdə olub, öpüşüb: "Bu görüntülər bütün kənddə yayıldı. Polis bizi saxladı. Polisdə Ziyafətlə cinsi əlaqədə olub-olmadığım soruşulanda, cinsi əlaqədə olduğumu dedim. Həmin vaxtı məndə impotensiya olduğunu deməyə utandım”.

 

Ziyafət Bayramova məhkəmədə ifadəsində İsaməddinin onunla tanış olmaq istədiyini deyib: "Tanış olduq. Münasibətlərimiz yaxşılaşdı. Onunla dəfələrlə Türkan-Hövsan yolunda olan bir bağ evində görüşüb cinsi əlaqədə olduq. Həmin evə gedəndə heç kim şübhələnməsin deyə balaca qızımı da özümlə aparırdım. Mən İsaməddinlə görüşəndə qızım çöldə dururdu. İsaməddinlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”.

 

Təqsirləndirilən qadın bildirib ki, 2015-ci ildə İsaməddinlə uzun müddət görüşməyib: "Zəng elədi. O, telefonda böyük qızım Nigarın (ad şərtdir) bədən quruluşundan xoşu gəldiyini dedi. Deyirdi ki, qızımı da onunla görüşə gətirim. Nigarın bakirəliyinə dəyməyəcəyini, qızla ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən buna qarşı çıxdım. Dedim, belə şey edə bilmərəm. Daha sonra İsaməddin mənə Hövsan qəsəbəsində yaşayan bibim qızı və qardaşım arvadını onunla görüşə gətirməyimi və üçümüzlə birlikdə cinsi əlaqədə olmağı təklif elədi. Bunun da mümkünsüz olduğunu ona çatdırdım. 3 dəfə də balaca qızım Aytənlə (ad şərtidir) seksual xarakterli videolar çəkib ona göndərməyimi istədi. Bununla razılaşdım. Ərim və oğlum evdə yoxuydu. Böyük qızım Nigar isə hamamda idi. Aytənə öpüşməyi və bir-birimizi sığallamağı öyrətdim. Qızım bunları niyə etdiyimizi soruşanda video çəkib, baxıb siləcəyimi dedim. Aytən mən deyənləri elədi. Videonu çəkib İsaməddinə atdım”.

 

Ziyafət Bayramova bildirib ki, neçə dəfə İsaməddinlə münasibətlərinə son qoymaq istəsə də, bundan qorxub: "Dəfələrdə dedim, istəmirəm. Məni döyürdü. Axırda bir təhər ondan ayrıla bildim. Üstündən bir neçə ay keçdi, anam zəng elədi. Bildirdi ki, mənim və qızım Aytənin videoları yayılıb. Artıq utancımdan yaşaya bilmirdim. Kəsici alətlə sağ və sol qolumu kəsib intihara cəhd etdim. Lakin polislər gəlib həbs elədilər”.

 

Hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3, 156.1, 242-ci maddələri ittiham verilib.

 

İsaməddin Hacatov barəsində keçirilən ekspertizanın rəyinə görə onda impotensiya aşkarlanmayıb.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, İsaməddin Hacıyev 13 il, Ziyafət Bayramova isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

 

Demokratik.Az

Xəbər 3871 dəfə oxunub






Oxşar xəbərlər

Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.43498] initstartout [0.00025] initstartin [0.00107] calstart [0.01302] calend [0.00079] topnewsend [0.00758] rsssend [0.00000] ehgend [0.03398] tagsstart [0.00110] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.37714]