Venesuela prezidenti kanadalıları "qovur"

  • 18 okt 2017, 07:30

Venesuela prezidenti kanadalılara ölkəni tərk etməyi təklif edib.

 

Venesuela prezidenti Nikolas Maduro ölkədə keçirilmiş qubernator seçkilərini pisləmiş Kanada hökumətini sərt tənqid edib.  APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kanada XİN rəhbəri Xrista Friland bundan əvvəl Venesueladakı seçkilərdə yol verilmiş nöqsanlara görə ölkəsinin səsvermənin nəticələrinin doğruluğuna şübhə ilə yanaşdığını bildirib.   

 

"Kanadanın dedikləri niyə məni narahat etməlidir? Əgər Venesuela onlara heç maraqlı deyilsə, qoy rədd olub getsinlər buradan, lənət şeytana! Həyasız və sarsaq Kanada hökuməti”, - deyə Maduro xarici KİV-lərlə görüşündə bildirib.  

 

Qeyd edək ki, rəsmi məlumata görə, Vahid Sosialist Partiyası ölkənin 17 ştatında, müxalifət nümayəndələri isə ölkənin  3 ştatında qalib gəlib.

Demokratik.Az

Oxşar xəbərlər