Saakaşvilinin Maydan çağırışı: Ordu Kiyevə yeridildi

  • 17 okt 2017, 13:23

Ukrayna hakimiyyət orqanları etirazçılarla qarşıdurmaya hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Mətbuat şəhərə əlavə qüvvələrin yeridildiyini bildirib. Üstəlik, etirazçıların mitinq keçirəcəyi yerlərdə xüsusi vasitələr də yerləşdirilib.

Ukrayna hökuməti isə paytaxtın mərkəzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin etiraz aksiyaları ilə bağlı olmadığını, Malta prezidentinin Kiyevə səfəri ilə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, bu gün Mixail Saakaşvilinin tərəfdarları Kiyevdə genişmiqyaslı etiraz aksiyası keçirəcək.

Oxşar xəbərlər