PKK lideri Öcalan öldü dedilər, təkzib olundu

  • 14 okt 2017, 14:02

 

PKK lideri Abdullah Öcalanın öldüyü iddia olunub. Bu barədə Türkiyə mediası da məlumat yayıb.

Bursa Respublika Prokurorluğu isə xəbəri təkzib edib və iddiaların tamamilə əsassız olduğu bildirilib: SİTAT: "Bu kimi xəbərlərin heç bir əsası yoxdur".

Məlumatlara görə, ilkin olaraq məlumatı MHP-nin Ankara millətvəkili Şevkat Çetin yayıb. O Tvitter hesabından Öcalanın öldüyünü yazıb. PKK-ya yaxınlığı ilə seçilən internet saytları xəbəri təsdiq ediblər. Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Bəkir Bozdağ da bu xəbərin yalan olduğunu deyib.

Xatırladaq ki, Abdullah Öcalan PKK-nın qurucularından biri və ilk lideridir. 1999-cu ildə Nairobidə Keniya təhlükəsizlik qüvvədəri tərəfindən yaxalanıb və həmin ilin 15 fevralında Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verilib. 28 aprel 1999-cu ildə Türk Cəza Qanunun 125-ci maddəsinə əsasən vətənə xəyanət edamı tələb edilib. 29 iyun 1999-cu ildə "silahlı terror təşkilatı qurmaq və idarə etmək" ittihamı ilə edam cəzasına məhkum edilsə də, Avropa Birliyinin qanunlarına əsasən cəzası ağırlaşdırılmış ömürlük həbs cəzasına çevirilib. 1978-1999-cu illərdə PKK-ya liderlik edan "Apo" ləqəbli terrorçu hazırda İmralı adasındakı həbsxanada saxlanılır.

Demokratik.Az

Oxşar xəbərlər