Araz Ağalarov məşq zamanı qabırğalarını sındırdı

  • 14 okt 2017, 13:50

Azərbaycanlı iş adamı Araz Ağalarov xoşagəlməz hadisə ilə üzləşib. 

Yayılan məlumata əsasən, Rusiyada yaşayan milyonçu idman zalında məşq edərkən ağır zədə alıb. Belə ki, Araz Ağalarovun qabırğaları sınıb.

İş adamı bu barədə "Jara" telekanalına bildirib: "Mən indi ayaq üstə çətinliklə dayanıram. İki həftə idman edə bilməyəcəm". Onun hansı şəraitdə zədələnməsi dəqiq açıqlanmır.

Demokratik.Az

Oxşar xəbərlər