Almaniyanın keçmiş kansleri və həyat yoldaşının Putinlə gecə söhbəti

  • 14 okt 2017, 10:02
Almaniyanın keçmiş kanslerinin həyat yoldaşı Doris Schröder Kepf, gecə danışıqları mövzusunda Rusiya prezidenti Vladimir Putindən danışıb.

Demokratik.Az-ın məlumatına görə, Putinə olan təəssüratını və heyranlığını gizlətməyən qadın siyasətçi, bu anların gözəl xatirələr olduğunu belə dilə gətirib:

"Putinlə birlikdə daha çox vaxt sərf etmək üçün ilk dəfə özəl mənzildə gördük. Onunla daxili və xarici siyasi məsələləri müzakirə etmək üçün gecə sabaha qədər danışdıq. O (Putin) çoxşaxəli bilgilərə sahibdir və səmimi bir insandır. Tənqidə çox həssasdır və bu mənim çox xoşuma gəldi. O gecə və həmin söhbətlər yaddaşımda hər zaman yaxşı xatirələr olaraq qalacaq ".

Bildirək ki, Doris 1997-ci ildən sabiq kansler Gerhard Schröder ilə evlidir və 2016-cı ildə həyat yoldaşından boşanmaq üçün iddia açıb. Amma boşanma hələ bitməyib.

Gerhard Şröder isə, sentyabr ayında "Rosneft" şirkətinin İdarə Heyətinin sədri təyin olunub.
 
Demokratik.Az
Oxşar xəbərlər