Sabah da yağış yağacaq

  • 03 okt 2017, 12:11

 

 

 

 

 

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 4-də gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti , Bakıda gecə 11-13°, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 14-17° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti olacağı gözlənilir.

Demokratik.Az

 

 

Oxşar xəbərlər