İŞİD Bağdada hücum etdi

  • 27 sen 2017, 15:42

İraq ordusu Bağdad yaxınlığında İŞİD silahlılarının hücumunun qarşısını alıb.

Trend-in məlumatına görə, bir qrup silahlı şəxs paytaxt yaxınlığında yerləşən nəzarət-buraxılış məntəqələrinə eyni zamanda hücumlar edib.

Məntəqələr yaxınlığında partlayıcı ilə yüklənmiş avtomobillər partladılıb.

İraq ordusu bu hücumların qarşısını alaraq 10-dan çox silahlının zərərsizləşdirildiyini bildirib.


Oxşar xəbərlər