Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:33 - 23.10.2017  
Dünyada "Yeni soyuq müharibə" təhlükəsi realdırmı?
Tarix: 27-09-2017, 11:14 | Bölmə: ---

Dünyada "Yeni soyuq müharibə" təhlükəsi realdırmı?Mütəxəssislər dünyada geosiyasi mənzərənin mürəkkəbləşdiyini yekdilliklə etiraf edirlər. Bu prosesdə ABŞ və Rusiyanın fəaliyyətinin də ayrıca analizini aparırlar. Amerikalı ekspert Maykl Lind "The National Interest" nəşrində dərc etdirdiyi məqalədə artıq "yeni soyuq müharibə"nin getdiyini iddia edir. Bunun üçün o, bir sıra faktlar gətirib onları təhlil edir. XX əsrin ikinci yarısında özünü göstərən "soyuq müharibə" ilə indiki situasiyanı müqayisə etməyə çalışır. Onun qənaəti belədir ki, Vaşinqton və Moskva qarşıdurmadan geri çəkilmək fikrində deyillər. İdeoloji səviyyədə də onlar toqquşurlar. Bununla razılaşmayan mütəxəssislər də vardır. Onlar müasir mərhələnin əvvəllərdən kəskin fərqləndiyi tezisini irəli sürür, Rusiyanın SSRİ-dən fərqli siyasət yürütdüyünü deyirlər. Bu səbəbdən "yeni soyuq müharibə" hələ yoxdur. Lakin gərginlik hökm sürür. Bütün bunlar Amerika-Rusiya münasibətlərinin qlobal geosiyasətə necə təsir edə biləcəyi ilə bağlı bir sıra suallar doğurur. Onlar üzərində dayanmağa ehtiyac duyulur.

Tarixi müqayisə: əsası varmı?

Amerika-Rusiya münasibətlərinin böhran vəziyyətində olduğunu demək olar ki, əksər analitiklər etiraf edirlər. Müşahidələr göstərir ki, dünyanın müxtəlif regionlarında iki böyük dövlətin maraqları toqquşur. Meydana gələn ziddiyyətləri isə danışıqlar və dialoq yolu ilə deyil, hərbi güc tətbiq etməklə vəziyyəti öz xeyrinə dəyişmək vasitəsilə həll etməyə cəhd göstərirlər.

Bu cür yanaşmanın bariz nümunəsi kimi Ukrayna, Suriya və Şimali Koreya ilə bağlı yaranmış situasiyanı götürmək olar. Ekspertlər vurğulayırlar ki, sadalanan problemlərin heç birində Vaşinqtonla Moskva konstruktiv əməkdaşlıq edə bilmirlər. Ukraynada onlar faktiki olaraq qarşı-qarşıya dayanıblar. Müharibə gah şiddətlənir, gah da səngiyir, lakin problemin həllində zərrə qədər də irəliləyiş müşahidə edilmir.

Suriyada da əməlli-başlı hərbi qarşıdurma mövcuddur. Son 2 ildə Rusiyanın bu ölkədə qazandığı hərbi uğurlar amerikalıları çox qıcıqlandırır. Artıq Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiya ilə bərabər Rusiyanın rəhbərlik etdiyi Moskva-Ankara-Tehran əməkdaşlıq xətti mövcuddur. Hazırda Bəşər Əsədin ordusu Kremlin güclü dəstəyi ilə dalbadal qələbələr əldə edir. İndi Dəməşq Amerikadan ölkədəki hərbi bazalarını çıxarmağı tələb edir. Və buna Rusiya xarici işlər naziri Sergey Lavrovun dili ilə dəstək verir. B.Əsəd açıq bəyan edib ki, Suriyada Rusiya, İran və "Hizbullah"ın hərbi əməliyyatlar aparmasına icazə veriblər. Beləliklə, Suriya məsələsində demək olar ki, Vaşinqtonla Moskvanın yolları ayrılıb.

Təxminən eyni vəziyyət Şimali Koreya ilə əlaqəli də meydana gəlib. Rusiya Amerikanın hədələrinə baxmayaraq, Şimali Koreyaya qarşı müharibənin başlamasını mümkün saymır. Ümumi səviyyədə Moskva Pxenyanı qınasa da, konkret əməllərə gəldikdə, Kim Çen Ina dəstək verir.

Bu misallar onu göstərir ki, artıq Rusiya ABŞ-a qarşı ciddi mövqe tutub və öz maraqlarını qətiyyətlə müdafiə edir. Bununla yanaşı, ekspert və analitiklər vurğulayırlar ki, məsələ daha ciddi məzmun kəsb etməkdədir. Konkret olaraq, dünyada yeni "soyuq savaş" başlayıb. Maykl Lind "The National Interest"də dərc etdirdiyi yazıda bu problemin müxtəlif tərəflərini analiz edib (bax: Michael Lind. The 'New Cold War' Was Never Inevitable / "nationalinterest.org", 23 avqust 2017).

Müəllif bu prosesin əsasının Bill Klinton administrasiyasının NATO-nu şərqə – keçmiş sovet məkanına doğru genişləndirmək qərarında qoyulduğunu vurğulayır. Hətta bu barədə 1998-ci ildə ABŞ-ın Moskvadakı keçmiş səfiri Corc Kennan bəyan etmişdi. O, B.Klinton administrasiyasının yanlış addım atdığını ayrıca ifadə etmişdi.

M.Lind fikirlərinə davam edərək yazır ki, bu proqnoz özünü doğruldub. İndi Gürcüstan, Ukrayna, Suriya, Şimali Koreya, Baltikyanı ölkələr, Aİ "soyuq müharibə"nin obyektləridirlər. Bunlardan müəllif belə nəticə çıxarır ki, ABŞ-Rusiya münasibətlərini "yeni soyuq müharibə" kimi xarakterizə etmək olar. Bu zaman Rusiyanın Avropada neofaşizmin "alternativ sağ" ideologiyasını yaydığını iddia edirlər. Həmin faktordan isə Amerika isteblişmenti demokratların uğursuzluqlarının səbəbi kimi təbliğatda istifadə edirlər (bax: əvvəlki mənbəyə).

Çıxış yolu: düşünən yoxdur

Konkret deyilsə, Maykl Lində görə, Amerika siyasi elitası üzləşdiyi problemləri ictimaiyyətə kənardan olan təsirlərin nəticəsi kimi çatdırır. Siyasi elita özünün səriştəsizliyini bununla ört-basdır etməyə cəhd göstərir. Maraqlıdır ki, amerikalılar bir zaman rusların istifadə etdiyi xarici təhlükə sindromuna yoluxmuş kimi görünürlər. Onlar Rusiya faktorunu real qiymətləndirmək əvəzinə, onun şişirdilmiş düşmən obrazını yaradırlar. Təcrübə göstərir ki, bu cür mövqenin sonu yoxdur.

Ekspertlər də hesab edirlər ki, bu süni şişirdilmiş məsələ 10 ildən sonra aradan qalxacaq. Ancaq həmin müddət ərzində dünya siyasətində nələrin baş verə biləcəyini kimsə dəqiq proqnozlaşdıra bilmir. Digər tərəfdən, ABŞ-ın nəhəng strateqlərinin hazırladığı ideoloji konsepsiyalar gücdən düşübmü? Onlar artıq reallığa uyğun deyilmi? Əgər belə bir əlamət varsa, onda bütövlükdə Qərb siyasi və geosiyasi şüurunun böhran vəziyyətində olduğunu demək mümkündür.

Bu baxımdan bizim üçün Avropada neofaşizmin baş qaldırması haqqında deyilən fikir də çox düşündürücüdür. Bizcə, onu kənardan yeridə bilməzlər, çünki ideologiya elə bir faktordur ki, cəmiyyətdə dayaqları olmasa, uzun zaman mövcud ola bilməz. Faşizm isə Avropanın tarixində uzun müddətdir ki, vardır. Deməli, bu mənfur hadisənin kökünü Avropa cəmiyyətlərinin özündə axtarmaq gərəkdir.

İslamofobiyanı da Avropaya kənardan diqtə ediblər? Təcrübə göstərir ki, bu hal Avropa cəmiyyətlərinin daxildən radikallaşmasının, fərqli dinlərə dözümsüz yanaşmanın birbaşa nəticəsidir. Üstəlik, bir sıra siyasi dairələr müsəlman dövlətlərinin inkişafından qorxaraq müxtəlif bəhanələrlə anti-İslam əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Hazırda Avropada gənclər arasında radikal ultramillətçi hisslər güclənir.

Bu prosesə Qərbin xüsusi xidmət orqanlarının müsəlman ölkələrində yaratdıqları radikal dini qruplaşmalar da öz təsirini göstərir. Belə ki, terrorçular Qərbə yayılaraq aksiyalar təşkil edir, ümumən gərginliyi artırırlar. Mütəxəssislər bu prosesin dərinləşmə və genişlənmə təhlükəsinin olduğunu vurğulayırlar. Belə olan halda neofaşizmi kənardan Avropaya yeritməyə ehtiyac yoxdur.

Maraqlıdır ki, rusiyalı ekspertlər Moskvanın "soyuq müharibə"yə getməyəcəyini qeyd edirlər. Bunun bir neçə səbəbini göstərirlər. İlk növbədə, artıq "soyuq müharibə" şəraiti yoxdur. Bu hadisə SSRİ-nin yanlış olaraq özünü təcrid etməsi nəticəsində meydana gəlmişdi. Məsələn, professor Andrey Sidorov deyir ki, əgər bir vaxtlar SSRİ diplomatları "Marşal planı" ilə bağlı aparılan danışıqlardan çəkilməsəydilər, "soyuq müharibə" olmaya bilərdi (bax: Назад в 80-е: Россия уже стоит на грани холодной войны / "ridus.ru", 28 avqust 2017).

A.Sidorov davam edərək təsdiq edir ki, indi Rusiya heç bir danışıqlardan özünü təcrid etmir. Əksinə, istənilən mövzuda müzakirələrə hazırdır və bir sıra hallarda özü bu istiqamətdə təşəbbüslər göstərir. Eyni zamanda, Rusiya bu məsələdə tək deyil. Çin, Braziliya, Hindistan və sürətlə inkişaf edən başqa ölkələr də öz maraqlarını aktiv surətdə müdafiə edirlər. Bu səbəbdən Moskvanın təklənməsindən söhbət gedə bilməz. "Soyuq müharibə"də isə iki tərəfdən birinin təcrid edilməsi şərtdir. Belə çıxır ki, Rusiya faktiki olaraq Amerikanın onu təcrid etmək addımlarını neytrallaşdırır və bununla "soyuq müharibə"dən qaçır.

Bu aspektdə rusiyalı mütəxəssis maraqlı bir özəlliyə diqqət çəkir. Andrey Sidorov xatırladır ki, "soyuq müharibə"də tərəflərdən biri alternativ inkişaf modeli ilə çıxış etməlidir. SSRİ o zaman kommunizm ideyası ilə Qərb liberalizminə alternativ idi. İndi isə Rusiya nəinki alternativ ideologiya ortaya atır, hətta Qərbin inkişaf modelinə maksimum dərəcədə uyğunlaşmağa çalışır. Bu da onu göstərir ki, Rusiya "soyuq müharibə" aparmaq fikrində deyil.

Yuxarıdakı müqayisələr göstərir ki, ABŞ-Rusiya münasibətlərində qarşılıqlı ittihamlar daha çox yer alır. Tərəflər dünya üzrə gərginliyin azaldılması istiqamətində tutarlı addımlar atmırlar. Bu isə qlobal geosiyasəti kifayət qədər riskli müstəviyə çəkir.

Newtimes.az

Xəbər 360 dəfə oxunub






Oxşar xəbərlər

“Qarabağ” "Qəbələ"yə uduzdu
Rusiyadakı səfirimiz mükafatlandırıldı
Bürclərə baxaq!: 23 oktyabr
PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri və... professor Nadirov?
Şəhidimiz Saatlıda əfn olunacaq
Obamanın sevgi məktubları üzə çıxdı
Avstriya SOROS Fondunu qadağan edir
General Nəcməddin Sadıqov ABŞ-a getdi
Nazir Gəncədə şikayətçi vətəndaşları qəbul edib
"Avtoşluq" edən helikopter bu anlara səhnə oldu - VİDEO
Bakıda "erməni bayrağı" ilə “Mercedes” sürən kimdir? – FOTO
Putin və Ərdoğan telefonla danışıb
Rusiyada azərbaycanlı həmyerlisinin qətlini sifariş edib
Düşmən cəbhədə atəşkəsi 126 dəfə pozdu
Gürcüstanda seçki günüdür
Azərbaycanın D-8 ölkələri üçün əhəmiyyəti
"İctimai nəqliyyatda yaşlılara yer verməyin" - ?!
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edildi - (VİDEO)
Şahzadə ilə gecə klubunda tanış olub evləndi
Ayda 50 kilometrlik mağara tapıldı
Bərzani müharibəyə başladı: kürdlər ayağa qalxır
Tünzalə Ağayeva özünə ad günü keçirdi
Putin Rusiyanın əsas səhvini açıqladı
Qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb
"Azərbaycan bütün öhdəliklərinə çox ciddi yanaşır" - Pərviz Şahbazov
Lənkəranskinin 101 milyon avroluq iki oteli üzə çıxdı
Universitetdə silahlı hücum: 2 tələbə ölüb
Sərxoş müğənni reperə sevgi mesajı yazdı
Putin: “BMT-yə alternativ yoxdur”
Uruqvay da marixuananı leqallaşdırdı
Arif Rəhimzadə danışdı: “Mən müstəqilliyin tərəfdarı olmuşam”
"ELEKTRON İMZA" pulsuz olacaq
Jirinovskinin Qarabağ sayıqlamasıı və Kataloniya
Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələnib
Müstəqilliyimizin əleyhinə səs vermiş məmurlar! – Əli Həsənov, Əhməd Əhmədzadə və…
Ərdoğanın baş müşaviri istefa verdi - QARDAŞI FETÖ-çü idi
Oqtay Şirəliyev qrip infeksiyası ilə bağlı əmr verdi
Ağdamın icra başçısı "dələduzluq işi"nə görə məhkəməyə çağırıldı
82 yaşlı «qanuni oğru» cibgirlik edib tutuldu - FOTO
Heydər Əsədov aqrar sektoru belə batırır - şok rəqəmlər
Salvador Dalinin oğurlanmış əsəri tapıldı
Dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
“İŞİD yeni “11 sentyabr” hazırlayır" - SOS
Qadın cinsi əlaqədə olduğu kişinin DNT-sini daşıyır
Ehtiyatsızlıqdan adam öldürənlərə - yeni cəza
Tacikistanda "GEYPARAD"a qarşı əməliyyat keçirildi
Bərzani açıqladı: "Qazandıqlarımızı qoruyacağıq"
"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı
Rusiya və Türkiyə arasında "pomidor razılaşması"
Hamilə qadın metroda doğdu - Video
“Əlimizdən gələni etməliyik ki..." Prezident
“Polis haqqında” qanuna dəyişiklik edildi - SƏRƏNCAM
Azərbaycanla Rusiyanı yeni körpü birləşdirəcək - fotolar
Qlobal dollar ehtiyatlarında qıtlıq riski yaranıb
Şahbaz Quliyev Şuşaya aparıldı
SSRİ-nin süqutundan udan tək ölkə Azərbaycandır – Zatulin
Dəniz Baykal komaya düşüb?
Atambayev üzr istədi: Nazarbayevlə bağlı...
“Qarabağ” “mavi gözlü əzrayıl”a qarşı
Bakı İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb
Polislərə hücum edən şəxslərin cəzası bəlli oldu
Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab
Qubad İbadoğlu ADR-in dağılmasıin dağılması xəbərindən danışdı
Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı belə qəbul edilib - VİDEO
18 OKTYABR - AZƏRBAYCAN ÜÇÜN ƏZƏMƏTLİ TARİX
Çin Kommunist Partiyasının 19-cu qurultayı başladı
İŞİD-ə qarşı ABŞ və Rusiya koalisiyası görüşdü
Hövsanda iyrənc əməl: ana 14 yaşlı qızının seks videolarını çəkib...
Çempionlar Liqasında gecənin nəticələri
Venesuela prezidenti kanadalıları "qovur"

Bütün xəbərlər

2017-XORUZ İLİNDƏ NƏLƏR OLACAQ?
love HƏR ŞEY XORUZ KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13645] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00660] calend [0.00039] topnewsend [0.00304] rsssend [0.00000] ehgend [0.03740] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08787]