Nəcməddin Sadıqovun erməni genaralla səmimiyyət FOTOsu

  • 26 sen 2017, 08:00

Azərbaycan Müdafiə Nazirliyinin Baş qərərgah rəisinin erməni generalla yanaşı "çəkdirdiyi" şəkil müəmmalar oyadıb. Bu şəkilə baxdıqda, bir sıra suallar ortaya çıxır!

Tanınmış hərbi ekspert Üzeyir Cəfərli hələ bu ilin yayında (iyulda-red) facebook sosial şəbəkəsində sözügedən şəkli paylaşıb. Aşağıda təqdim etdiyimiz şəklin yanında isə ekspert bu statusu yazıb:

«Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, adı olub özü görünməyən general-polkovnik Nəcməddin Sadıqov və... İkinci şəxsin kimliyini tapana mükafat vəd edirəm! Hərbiçilər bu «konkursda» iştirak etmirlər... 

Ü.Cəfərli sonradan yazır: "Sizi çox intizarda saxlamayım: Bu şəxs Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyandır! Azərbaycan ordusu, onun problem və çətinlikləri, bəzi məsələlərin düşmən əlində olması səbəblərini axtaranların düşünməsi üçün mövzu təklif edirəm...»

Qeyd edək ki, foto NATO-nun saytından götürülüb və çox guman ki, elə bu Alyansın tədbirlərindən birində çəkilib. Arutyunyan hazırda Ermənistan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisidir.

Nəcməddin Sadıqovun - 20 faiz torpağı işğal altında olan bir ölkənin SQ Baş Qərargah rəisinin düşmən generalı ilə nə haqda danışıb, və ürəkdən nəyə güldüyü həqiqətən də çox maraqlıdır. Bu şəkil sosial şəbəkələrdə və onlayın mediada ciddi müzakirələrə yol açıb. Çıxışlarında Ermənistanla bağlı kəskin çıxışlar edən, hətta təhqiramiz çıxışlara yer verən generalalrımızın erməni həmkarları ilə belə mehriban fotolarını görəndə təəccüblənməmək olmur. Təkcə bu şəklin fonunda deyə bilərik ki, bizim bilmədiyimiz bir çox mətləblər Azərbaycanı Qarabağa aparacaq yolda maneələr yaradır. 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin  mövqeyini verməyə hazırıq.

Demokratik.Az

Oxşar xəbərlər