Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

  • 22 sen 2017, 18:12

 

Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqinin təşkilatçıları Müsavat Partiyasına müraciət etməyib.

Demokratik.Az bildirir ki, bu barədə "Report”a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, buna görə də Müsavat Partiyasının Milli Şuranın mitinqinə qatılmaqla bağlı qərarı yoxdur.

G.Aslanlı qeyd edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi Müsavat Partiyasının gündəliyindədir:"Bununla bağlı müzakirələr davam etdirilir”.

Demokratik.Az

Oxşar xəbərlər