Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:54 - 20.07.2018  
Prezident jurnalistlərin niyə və necə dostudur? - Əflatun Amaşov yazır
Tarix: 22-09-2017, 09:05 | Bölmə: ---

Ölkə jurnalistləri nəyə görə dövlət başçısını özlərinin dostu hesab edirlər?

Prezident jurnalistlərin niyə və necə dostudur?Əslində sərlövhədəki suala cavab var. Sadəcə beynəlxalq miqyasda baş verən müəyyən proseslər və onların ölkəmizdə doğurduğu ab-hava məsələyə yenidən qayıtmaq üçün əsas verir. Daha doğrusu, yaddaşları təzələmək ehtiyacı yaradır. Diqqətli oxucular söhbətin nədən getdiyini təxmin etdilər. Arayış üçün bildirim ki, ABŞ-ın nüfuzlu "The Washington Post”, Böyük Britaniyanın "The Guardian” qəzetlərində və dıgər KİV-lərdə ölkəmizlə bağlı əsassız və qərəzli fikirlər gündəmə gətirilib, Azərbaycana, onun prezidentinə qarşı çirkin qaralama kampaniyasına start verilib. Bu kampaniyada vacib elementlərdən biri isə həmişəki kimi söz və ifadə azadlığı ilə imitasiyadır. Azərbaycan jurnalistləri, ümumən cəmiyyətimiz bu kimi xoşagəlməz təqdimatları böyük rəzalət, ədalətsiz yanaşma hesab edir. Zənnimcə, barışılması mümkün olmayan ən böyük ədalətsizlik isə prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn sosial aksiyasının, yəni media təmsilçilərinin mənzillə təminatının sırf təmənna kimi qələmə verilməsi, mövcud xüsusda medianın dövlətdən asılılığı faktorunun qabardılmasıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev nəyə görə jurnalistlərin dostudur? Yaxud ölkə jurnalistləri nəyə görə dövlət başçısını özlərinin dostu hesab edirlər? Dediyim kimi, cavab məlumdur. Kütləvi informasiya vasitələrinin hüquqi bazasının təkmilləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək bir çox məqamlardan ətraflı söz açmaq mümkündür. Təbii, hər bir detalın üzərində dayanmağa lüzum görmürəm. Ancaq müəyyən qədər ümumiləşdirmələr apararaq bir sıra məsələləri vurğulamaq istərdim.
Azərbaycan dövləti medianı idarəçiliyin əsas vasitəsi hesab edir. Onun dördüncü hakimiyyət missiyasına ciddi yanaşır. Çünki ümumən media fəaliyyəti mahiyyətcə ədalətin bərqərar olmasına, güclənməsinə çağırış motivlidir və maarifləndiricidir. İstər nəzəri, istərsə də praktik cəhətdən bu, hər bir dövlət üçün sərfəli modeldir.
Bəzi Qərb dairələrinin yanlış və məqsədli təqdimatlarının əksinə olaraq Azərbaycan özünütəcrid vəziyyətində deyil, ola da bilməz. Aşkarlığın, şəffaflığın mühüm göstəricisi olan müstəqil mediasız isə Azərbaycan modeli ümumiyyətlə yoxdur. Bu, idarəçiliyin təbiətindən, xalqın ruhundan, mahiyyətindən irəli gələn xüsusiyyətdir. Hətta totalitar sovet rejimi şəraitində də respublikamızın öz ənənələri olub. Bu ənənələr mətbuata ciddi şəkildə sirayət edib. Bir sözlə xalq da, onun mübarizə dayağı sayılan mətbuat da heç vaxt mütləqiyyətə boyun əyməyib.
Doğrudur, tarixdə Azərbaycan xalqının, eləcə də bütövlükdə Qafqaz regionu xalqlarının taleyinə təsir göstərmiş nəhəng proseslər, kataklizmalar yaşanıb. Bunun fəsadlarından sığortalanmaq mümkün olmayıb. İçərisində indi özünü demokratik sayan Qərbin də yer aldığı ədalətsizliklərlə üzləşmişik. Bölgəmiz böyük konfrantasiyaların meydanına çevrilib. Təəssüf ki, bu reallıqları qəbul etmək məcburiyyətində qalmışıq. Lakin zaman dəyişib. Xalqımızın taleyinə yazılmış SSRİ adlandırdığımız kabus da ömrünü başa vurub. Yeri gəlmişkən, keçmiş imperiyanın süqutunda Azərbaycan xalqının, onun ruhunu ifadə edən mətbuat orqanlarının son dərəcə fədakar əməyi olub.
Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq müstəqillik illərində Azərbaycan sürətlə inkişaf edən, dünyaya inteqrasiya yolu tutan ölkəyə çevrilib. Burada beynəlxalq əhəmiyyətli konfranslar, seminarlar, simpoziumlar, nüfuzlu idman yarışları və digər iri miqyaslı toplantılar təşkil olunub. Əldə etdiyimiz nailiyyətlər barədə beynəlxalq aləmdə kifayət qədər bilgilər var. Bununla bağlı dünya mediasında çoxsaylı məqalələr də yer alıb.
Azərbaycan dövləti "The Washington Post”un və digərilərinin iddia etdiyinin əksinə olaraq, heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman nəinki düşünməyiblər, heç ağıllarına da gətirməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucuların görüşünə gəlirlər. Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyətin ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırır.
Bəli, üç ildən sonra Azərbaycanda daha 255 jurnalistə ölkə Prezidentinin Sərəncamı əsasında inşa olunacaq binadan mənzil veriləcək. İndiyədək 411 media təmsilçisi evlə təmin edilib. Bu prosesdə Azərbaycan mediasının palitrası tam şəkildə gözlənilib. Dövlətin mənzillə təmin etdiyi jurnalistlər içərisində iqtidaryönümlü, müxalifətyönümlü və müstəqil jurnalistlər var. Bölgüdə onlara hər hansı fərq qoyulmasından söhbət qətiyyən gedə bilməz.
Əlbəttə, Azərbaycan jurnalistləri mənzilə, ümumən sosial-məişət və iş şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac duyublar. Qeyd etdiyimiz kimi, Azərbaycanın inkişafı heç də rəvan getməyib. İndi də Dağlıq Qarabağ münaqişəsinin timsalında Ermənistanın təcavüzkar siyasəti ilə baş-başayıq. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu kimi məqamları görmək öz fəaliyyətlərində itirdikləri haqq-ədalət anlayışını Azərbaycanda tapmaq fikrinə düşənləri, ölkəmizə qarşı ikili standartlar irəli sürənləri, söz və ifadə azadlığı ilə bağlı saxta reytinqlər tərtib edərək Azərbaycanı nüfuzdan salmağa çalışanları qətiyyən düşündürmür. Onları bu da düşündürmür ki, Azərbaycanda hər il əhalinin ən müxtəlif kateqoriyalarının mənzillə təminatı, mənzil şəraitinin yaxşılaşdırılması üçün layihələr gerçəkləşdirilir. Bu, dövlətin vətəndaşına yönələn sosial siyasəti olaraq dəyər qazanırsa, jurnalistlərin eyni imtiyazdan bəhrələnmələri nə üçün təmənna sayılmalıdır? Əksinə jurnalistlərin mənzil probleminin aradan qaldırılması prioritet əhəmiyyət daşımalıdır. Dövlətimiz də nəzərə alır ki, qayğısız jurnalistin əməyi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşdirilməsi baxımından vacibdir.
Sonda onu da bildirək ki, ümumən Azərbaycanın uğurları xalq-hakimiyyət vəhdətinin nəticəsidir. Bu vəhdət dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin şah əsəridir. Heydər Əliyevin apardığı siyasət ümumən Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə hesablanmışdısa, cənab İlham Əliyevin prezidentliyi həm götürülmüş ictimai-siyasi, sosial-iqtisadi və mədəni kursun davamı, həm də Azərbaycanın dünyada güclü və oturuşmuş dövlət modeli olaraq təsdiqi mərhələsi idi. Cəmiyyətimiz bütün bunları görür və Prezidentə etimad da məhz sadaladığım məqamlardan qaynaqlanır. Buna görə də Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan medianın dövlət başçısının idarəçiliyindəki həssaslıq üçün müəyyənləşdirdiyi ali dəyər var. Bu dəyərin adı dostluqdur.
Dostluq tam səmimiyyətə, qarşılıqlı inama və etimada söykənən müqəddəs yaşantıdır. Dostluğun ən böyük göstəricisi onun təmənnasız təbiətə malik olmasıdır. Mediamız cəmiyyətimizi, insanlarımızı məhz bu keyfiyyətlərin daşıyıcısı kimi görür. Bu dəyərləri özünün həyat prinsipinə və fəaliyyət meyarına çevirən Prezident şübhəsiz ki, jurnalistlərin, bütövlükdə isə dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının dostudur. Azərbaycan cəmiyyəti, həmçinin Azərbaycan jurnalistikası dostunun timsalında dövlətinə sadiqdir.

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı 

Xəbər 1207 dəfə oxunub






Oxşar xəbərlər

Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15081] initstartout [0.00016] initstartin [0.00098] calstart [0.01984] calend [0.00059] topnewsend [0.00433] rsssend [0.00000] ehgend [0.00784] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11642]