Aşıq Ədalət Qazaxda dəfn olunacq

  • 15 sen 2017, 07:44

Aşıq Ədalət Nəsibovun dəfn ediləcəyi yer dəyişdirilib. Bu barədə APA-ya Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.

 

Onun sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: "Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma, dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazağa yola salınacaq. Onunla sabah  Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.

 

Demokratik.Az 

Oxşar xəbərlər