Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:15 - 22.09.2019  
Lerikdə milyonları" udan" yol necə dağılıb...
Tarix: 8-09-2017, 17:15 | Bölmə: ---

Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi  başa çatmadan dağılıb. Bu barədə toplum.tv-yə Lerik sakinləri məlumat veriblər. 

Lerikdə milyonları" udan" yol necə dağılıb...Onlar bildiriblər ki, Noda-Şingədulan-Xanagah yolunun Ağçay kəndinə qədər olan hissəsi tamamilə sıradan çıxıb. Vətəndaşlar bunu Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafəyə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) "şebel”in tökülməməsi ilə əlaqələndiriblər.

"Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq"

Yolun Ağçaydan Xanagaha qədər olan hissəsi isə hazırda çəkilir: "Yolun bir hissəsi - Ağçaya qədər olan hissə çəkilmişdi. Amma bir il deyil ki, yol sıradan çıxıb. Hazırda Ağçaydan Xahagaha qədər olan hissə də çəkilir. Yolun keyfiyyətsiz çəkildiyi göz qabağındadır. Cənab prezident bu yola 17 milyona yaxın pul ayırıb, amma ortada belə bərbad nəticə var. Hələ cənab prezident bu yolun açılışına da gəlməyib. Sabah qəfildən durub Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq".

Lerikdə milyonları" udan" yol necə dağılıb..."Rayonun Şingədulan və Zenoni kəndləri ərazisində yol tamamilə dağılıb. Sanki burada yol çəkilməyib. Bilmirik, icra başçısı və yolu çəkən şirkət, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sabah cənab prezidentə nə cavab verəcəklər?", - deyə sakinlər bildirib. 

"Çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib" 

Sakinlər deyirlər ki, yolu çəkən şirkət "Yoltikintinəqliyyatservis” MMC ekologiyaya da ağır zərbə vurub. Ərazidəki çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib. 

Problemlə bağlı Ekologiya Nazirliyinə şikayət edildiyini, nazirliyin əraziyə komissiya göndərdiyini deyən sakinlərin sözlərinə görə, "Yoltikintinəqliyyatservis” MMC ilə bağlı heç bir ciddi ölçü götürülməyib. Rayonun Osyodərə kəndi ərazisindən axan dağ çayının vadisi dağıdılıb. 

Dövlətin vəsaitinin şəxsi maraqlara sərf edildiyini iddia edən Şivlə-Biləvər kənd sakinləri isə artıq ölkə başçısına müraciət ediblər. Zenonu və Şingədulan sakinlərinin isə yaxın günlərdə ölkə başçısına müracət edəcəkləri gözlənilir. 

Əvvəl 3 milyon, sonra 7 milyon, sonra da 6.6 milyon... 

Sakinlər deyirlər ki, 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yoluna 3 dəfə vəsait ayrılıb. Nəticə isə ortadadır...

Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayırılıb.

19 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yolun tikintisinə əlavə olaraq, 7,0 (yeddi) milyon manat vəsait Lerik Rayon İcra Hakimiyyətinə ayrılıb. Amma bu dəfə də yolun tikintisi başa çatmayıb. Yol Noda kəndindən Ağçay kəndinə qədər çəkilib və dayandırılıb. Halbuki layihəyə əsasən yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt - beton qarışığından tikilməliydi...

1 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti sərəncamı ilə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılıb. Ümumilikdə yolun tikintisinə 16.6 milyon manat vəsait ayrılıb. 

Sakinlər deyirlər ki, yolun budəfəki hissəsini "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Masallı rayon Yol İdarəsinə tapşırıb.

 

Yolun tikintisini isə indiyə qədər İcra Hakimiyyətinin sifarişi ilə özünü Almaniyanın "Vertgen” şirkətinin Lerikdə milyonları" udan" yol necə dağılıb...Azərbaycan üzrə təmsilçisi kimi təqdim edən "Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirib. 

"İndi də həmin MMC-nin texnikası həmin yolun çəkilişində iştirak edir. Şirkətin rəhbəri Fuad Muxtarzadədir, ancaq tikintiyə onun atası İbrahim Kazımov rəhbərlik edir. İbrahim Kazımovun isə Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımovun qardaşıdır. Sözügedən şirkətin baş mühəndisi isə Lerik rayon İcra Hakimiyyətinin müavini Cəlil Baxşıyevin qardaşdır. Həmin şəxslərin isə eyni kənddən, yəni Lerikin Qışlaq kəndindən olması sirr deyil. İndi gördünüz, prezidentin ayırdığı pulları kimlər və necə xərcləyirlər?", - sakinlər bildiriblər. 

"Yoltikintinəqliyyatservis” MMC 2007-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. MMC-in təsisçisi Fuad İbrahim oğlu Muxtarzadədir. Şirkət cənub bölgəsində yol çəkilişində aktiv iştirak edir, bir neçə dəfə tenderi udub.  

"Prezident gəlməyibsə, o demək deyil ki, bu yoldan istifadə etmək olmaz"

Lerik rayon icra başçının müavini, sosial-iqtisadi inkişafın  təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov Toplum.Tv-nin əməkdaşına açıqlamasında bildirib ki, hazırda yolun çəkilişi davam edir: 

"Yol bu gün də istifadədir. Cənab prezident gəlməyibsə, o demək deyil ki, bu yoldan istifadə etmək olmaz. 36 km avtomobil yolu 19 milyon 800 min manat dəyərindədir. Layihə sənədləri bu dəyərdədir, amma təbii ki, dövlət tərəfindən 16 milyona yaxın vəsait ayrılıb. Gələcəkdə ayrılacaq, ayrılmayacaq o zamanın işidir. Orada hazırda yol tikintisi davam edir. Yol hələ təhvil verilmədiyinə görə, sürüşmələr də yaranır. Hələ istismara qəbul etməmişik və o şəkildə də qəbul etmərik. Yolun dediyiniz hissəsi 2014-2015-ci ildə çəkilib. Sonra maliyyə vəsaiti ayrılmadı, ona görə də qaldı. Amma 2016-cı ilin noyabr ayında prezident tərəfindən yenidən 6 milyon 600 min manat vəsait ayrılıb və hazırda o tikinti davam edir. Dağılıb, sıradan çıxmış yerlər də yenidən bərpa olunacaq və istismara qəbul ediləcək". 

Tikintini həyata keçirənlərin ekologiyaya vurduğu ziyana gəlincə, Məlikov buna belə aydınlıq gətirib: "Çayların məcrasını dağıtmırlar. Hansısa materialları çaylardan götürməlidirlər. "Qrabel", çınqıl dediyimiz tikinti materialı var. Onu məcburən çaylardan götürürlər. Bizm öz yerli ənənəyə uyğun tikinti materiallarımız da mövcuddur ki, onu da çaylardan götürürlər. Həm də bunu bələdiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya hansı qruma aiddirsə, onlarla razılığa gəlib götürürlər. O məcraları da yenidən düzəldirlər ki, oradan heyvan, insan keçə bilsin.

Lerikdə milyonları" udan" yol necə dağılıb...

 

Bu da təbii ki, gələcəkdə problem yaranmasın deyə bizim nəzarətimiz altında onlar bərpa olunur. Dağıntıya imkan vermirik". 

 

Vətəndaşlar isə ölkə başçısına müraciət etməkdə israrlı olduqlarını bildirirlər... 

Xəbər 2088 dəfə oxunub






Oxşar xəbərlər

Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı
“Yuventus”un qazancı 621 milyon avro olub
İki güləşçimiz dünya çempionatının finalında
"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35886] initstartout [0.00021] initstartin [0.00126] calstart [0.01981] calend [0.00078] topnewsend [0.00658] rsssend [0.00000] ehgend [0.01013] tagsstart [0.00099] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31903]