Azərbaycan millisinin baş məşqçisi istefaya göndərilib

  • 06 sen 2017, 18:26

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə istefa verib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Mütəxəssisin müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

 

Yığmamızın AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.

 

Qeyd edək ki, Yaşar Vahabzadə U-21-in baş məşqçisi kimi 15 oyun keçirib. Bu görüşlərdən 2-də qalib gəlib, 3-də heç-heçə çalışdırıcı 10 dəfə məğlub olub.

 

Demokratik.Az

Oxşar xəbərlər