Mikayıl Cabbarovun əmri Rusiyanı sevindirdi (BƏYANAT)

  • 31 avq 2017, 20:34

"Azərbaycanın həm paytaxtında, həm də regionlarında uşaqların rus dili təliminin davam etdirilməsinə və təhsilin intensivləşdirilməsinə dair qərarın verilməsi çox yaxşı xəbərdir. Belə qərarı qiymətləndirməmək mümkün deyil. O, Rusiyaya etibarın göstəricisidir və bizim ölkələrimiz arasında münasibətlərin gələcəkdə də möhkəm olacağını əks etdirir. Və o, sözsüz, azərbaycanlılar kimi rusiyalılara da böyük xeyir gətirəcək”.

 

 

 

 

 

 

 

 

Bunu virtualaz.org-a  Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun başçısı Dmitri Savelyev Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov tərəfindən imzalanmış "Rus dilinin intensiv təlimİ” layihəsi barədə əmri şərh edərkən deyib.

D.Savelyev daha sonra bildirib: "Rus dili bir tərəfdən gənc azərbaycanlılar qarşısında yeni imkanlar açacaq, məsələn, Rusiya ali məktəblərində təhsil almaqda, gələcək birgə biznes-lahiyələrin təşkilində. Digər tərəfdən rusiyalılarla mehriban dostluq münasibətlərinin qurulması üçün etibarlı bünövrə olacaq. Bundan başqa, rus dilinin öyrənilməsi, zəngin rus ədəbi irsi ilə yaxından  tanışlıq deməkdir. Bu, şübhəsiz, həmçinin bizim xalqlarımızın bir-birini daha dərindən anlamasına və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək.

Oxşar xəbərlər