Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:37 - 21.06.2018  
Yüksək balla kənarda qalan 3 abituriyentin taleyi necə olacaq?
Tarix: 17-08-2017, 09:27 | Bölmə: ---

Xanlar Xanlarzadə: "Əgər istəsələr, boş qalan yerlər üçün müsabiqədə iştirak edə bilərlər”

Etibar Əliyev: "Kənarda qalan abituriyentlər üçün biz də narahatçılıq keçiririk”

Yüksək balla kənarda qalan 3 abituriyentin taleyi necə olacaq?2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ancaq 620, 640, 660 bal yığan 3 abituriyent isə heç bir ali məktəbə daxil ola bilməyib.

Səbəb isə 15 ixtisas seçimi etmək haqları olduğu halda onlar 1-2 ixtisas seçiblər. seçdikləri ödənişsiz əsaslı fakültələrin balı isə onların topladıqları baldan yüksək olub. Məsələn, III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə hüquqda keçid balı 671 oldu. Onlar isə 660 balla kəsiliblər. Bu abituriyentlər necə psixoloji sarsıntı keçirdiklərini təsəvvür etmək mümkündür. Hətta abituriyentlər imtahan ərəfəsinə o qədər həssaslıqla yanaşır ki, onlar az bal yığdıqda və ya ali məktəbə qəbul ola bilmədikdə özlərinə zərər verir, hətta intihara belə əl atırlar. Məhz yüksək bal yığan bu 3 abituriyentlə bağlı da sosial şəbəkələrdə müzakirələr getdi. Kimiləri onlara şans verilməsini və hansısa ali məktəbə imtahansız qəbul olunmaları təklifini irəli sürdü, kimiləri 250 bal yığan bir abituriyent ali məktəbdə təhsil ala bilirsə, 600-dən yuxarı bal yığan bu abituriyentlərin kənarda qalmasının ədalətsizlik olduğunu bildirir.

Maraqlıdır, yüksək nəticə göstərən bu 3 abituriyentin ali təhsil almasını təmin etmək mümkündürmü?

Yüksək balla kənarda qalan 3 abituriyentin taleyi necə olacaq?

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, abituriyentlərin boş qalan yerlər üçün keçiriləcək müsabiqədə iştirak etmək hüququ var: "Burada kimisə günahlandırmaq lazım deyil. Bu abituriyentin öz seçimidir. Biz abituriyentlərə icazə vermişik ki, onlar 15-ə qədər ixtisasın kodunu öz ərizələrində göstərsinlər. Ancaq bu mütləq deyil ki, o 15-ə qədər ixtisasın kodunu yazmalıdır. Elə abituriyentlər var ki, doğrudan da onların aydın məqsədləri var. Yəni onlar qarşılarına məqsəd qoyurlar ki, biz filan ixtisasın dövlət sifarişi üzrə yerlərinə daxil olacağıq. Bu abituriyentlərin məqsədi bir ixtisasa qəbul olunmaqdır. Onlar ərizələrində yalnız həmin ixtisası göstərirlər. Yüksək bal toplayan bu abituriyentlərdə öz ərizələrində dövlət sifarişli yerləri yazıblar. Tutaq ki, orada bir abituriyent var Bakı Dövlət Universitetinin hüquq fakültəsini ödənişsiz əsaslarla yazıb, bir də Dövlət İdarəçilik Akademiyasını. Cəmi bu iki fakültəni yazıb və müsabiqə nəticəsində də qəbul olmayıb. 4-cü ixtisas qrupundan olan bir nəfər isə müalicə işinin dövlət sifarişli yerini yazıb. Yalnız bir fakültə yazıb. Müsabiqə nəticəsində də ora daxil olmayıb. Bu həmin abituriyentlərin öz seçimidir. Əgər bu 3 abituriyent istəsə, boş qalan plan yerləri müsabiqəsində iştirak edə bilərlər. Yəni bu abituriyentin hüququdur”.

Yüksək balla kənarda qalan 3 abituriyentin taleyi necə olacaq?

"XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bunların maddi problemlə bağlı olduğunu dedi:"Dövlət İmtahan Mərkəzinin abituriyentlərin düzgün seçim etmələri barədə maarifçilik işləri təqdirəlayiqdir. Nəşr və elektron versiyada kifayət qədər abituriyentlərə bilgilər verilir. Bəzi abituriyentlərin aydın istəkləri var. Yüksək bal toplayıbsa, istədiyi ödənişsiz ixtisasa düşməlidir. Yüksək bal toplayıb ali məktəblərə daxil olmamağın bir səbəbi düzgün olmayan kodlaşdırma ilə bağlıdırsa, digər səbəbi isə maddi problemlərlə bağlıdır. Yüksək bal toplayan abituriyentlər nəticələrinə uyğun daha çox risk edirlər. Riskləri azaldan isə maddi durum ola bilər. Yəni qeyd etdiyiniz balla abituriyentlər istədiyi ixtisasın ödənişli kodunu qeyd etsəydilər ali məktəblərə daxil ola bilərdilər. Təəssüflər olsun ki, həmin ixtisasların ödənişi həddindən artıq çoxdur. Və görsənir ki, həmin uşaqlar kasıb təbəqənin nümayəndələri olublar. Məncə bunu faciəyə çevirmək də lazım deyil. Bəlkə də müqayisə yersizdir. Ancaq maraqlı bir analogiyanı qeyd edim. Sovet vaxtı bizim nəslin abituriyentləri vurulduqları ixtisaslara daxil olmaq üçün illərlə ali məktəblərə ayaq döyürdülər. Maraqlıdır ki, həmin ixtisaslar indi yüksək bal toplayan abituriyentlərin ixtisasları ilə eynidir. Hüquq və tibb. Qəribədir ki, həmin illər qəbul prosesində haqsızlıqlar da olurdu, amma sarsıntı keçirən, intihar edən yox idi. O vaxt müəllimlərimiz də bizə dayaq dururdular. Bizlərə təskinlik verirdilər, ancaq indi təəssüflər olsun ki, belə deyil”.

E.Əliyev bildirdi ki, onlar növbəti ildə də yüksək nəticə göstərə bilər: "Kənarda qalan abituriyentlər üçün biz də narahatçılıq keçiririk. Bir il geri düşmək gənclərin psixikasını pozmamalıdır. Onsuz da onlar topladıqları bala görə indi boş qalan yerlərin heç birini seçməyəcəklər. Bir məsələni də qeyd edim ki, son zamanlar abituriyentlərə düzgün yol göstərməyən, onların çaşdıran ekspertlər, xeyli sayda müəllimlər, kodlaşdırma ”ustaları" peyda olub. Onlar uşaqları ixtisas seçməkdə dolaşdırırlar. Hər halda qabiliyyətli abituriyentlər Dövlət İmtahan Mərkəzinin maarifləndirmə prosesini düzgün əxz etsəydilər, səhvlərdən qaçmış olardılar".

Günel MANAFLI
Musavat.com

Xəbər 1124 dəfə oxunub






Oxşar xəbərlər

Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11438] initstartout [0.00011] initstartin [0.00054] calstart [0.00660] calend [0.00038] topnewsend [0.00314] rsssend [0.00000] ehgend [0.01762] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08548]