Britaniya mətbuatı Ramil Quliyevin qələbəsindən yazdı

  • 15 avq 2017, 09:01

Demokratik.Az-ın xəbərinə görə, azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən dünya çempionatının qalibi olması Böyük Britaniya mətbuatında da geniş mövzuya çevrilib.

 

 

 

 

 

 

 

Ramil Quliyevin qələbəsi ölkənin "Insidethegames.biz" idman portalı, "The Guardian" qəzeti və digər mətbuat orqanlarının diqqət mərkəzində olub.

Yazılarda qeyd edilir ki, təcrübəli atlet dünya çempionu olmaqla adını tarixə yazdırdı. Vurğulanır ki, Türkiyəni təmsil etməsinə baxmayaraq, idmançı öz ölkəsi olan Azərbaycanı unutmadı, çempion olduqdan sonra həm Türkiyənin, həm də Azərbaycanın bayraqları ilə dövrə vurdu.

Demokratik.Az

Oxşar xəbərlər