Ermənistan ordusunda yoluxucu xəstəliklər yayılıb

  • 04 avq 2017, 13:01
Ermənistan ordusunun Madagizdə yerləşən hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrində içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında yoluxucu xəstəliklər yayılıb.

APA-nın məlumatına görə, Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arakelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib.

Hadisə ictimaiyyətdən gizlədilsə də, "DQR” "kənd təsərrüfatı naziri” Aram Mxoyan, "ətraf mühit və təbii ehtiyatlar üzrə idarə rəisinin birinci müavini” Artur Qabrielyan və yerli "hərbi komandanlığın” iştirakı ilə hərbi hissələrin içməli su ilə təminatına dair fövqəladə toplantı keçirilib.
Oxşar xəbərlər