Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:32 - 22.07.2019  
Ayaz Mütəllibov Surət Hüseynovu müdafiə etdi
Tarix: 4-08-2017, 10:43 | Bölmə: ---

Son günlərdə mətbuata verdiyi müsahibələri və sosial şəbəkələrdə yayılan fotoları ilə gündəmə gələn sabiq baş nazir Surət Hüseynov qalmqallı fikirləri ilə səs-küyə səbəb olub.

Ayaz Mütəllibov Surət Hüseynovu müdafiə etdiÖlkə.az-a müsahibədə əsas diqqətçəkən məqam S.Hüseynovun 1992-93-cü illərdə mövcud olmuş AXC-Müsavat hakimiyyəti barədəd söylədikləridir. O, AXC-Müsavat hakimiyyətində təmsil olunmuş şəxsləri ən ağır formada ittiham və təhqir edib, hətta özünün iddiasına görə, "azad etdiyi Azərbaycan torpaqları AXC-Müsavat iqtidarı tərəfindən ermənilərə satılıb”.

"Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Vaxtilə Rusiyadan muzdlu döyüşçülər gətirib Qarabağda döyüşdürmüşəm, torpaqları azad etmişəm. Buna görə də onlara şəxsi cibimdən pul vermişəm. Vaxtilə Rusiyaya məxsus hərbi hissələrdən məndən savayı heç kim silah-sursat götürməyib. Əgər götürüblərsə, o zaman iqtidarda olan AXC-Müsavatdan bir nəfər durub adını desin! Ancaq mən bunu etmişəm, üstəlik, Qarabağı azad etmək üçün rusları da girov götürmüşəm. Mən bunu məhkəməmdə də demişəm. Ancaq həmin o adamlar mənə qara yaxmaq üçün deyirlər ki, guya Surət Hüseynov Rusiyanın adamıdır, hakimiyyət çevrilişinə hazırlaşır və sairə. Ağıllarına gələni danışırlar. Bunları bazara çıxartsan, heç 3 qəpiyə də satmaq olmaz. Əvvəla, bu adamlar gedib öz keçmişlərinə baxsınlar ki, kim olublar. Sonra başqasına çamur atsınlar. Özlərinə düzgün qiymət verə bilmirlər, mənim haqqımda ”savadsız idi” və sairə fikirlər səsləndirirlər. Sual edirəm ki, siz savadlı olub nə etmisiniz? Bu millətə, dövlətə bağışlanmaz xəyanətlər etmisiniz. Vaxtilə Qarabağı ermənilərdən alırdım, nə qədər torpaqları azad etmişdim, AXC-Müsavat imkan vermədi, məni qısqandılar”.

Qiyamçı eks-baş nazirin bu açıqlamasına sabiq prezident Ayaz Mütəllibov da seyrçi qalmayıb. O, Modern.az-a açıqlamasında Surət Hüseynova haqq qazandırıb və deyib ki, onun əməllərinə hər zaman ləkə vurmağa çalışıblar:

"Surət Hüseynovun xeyirxah işlərlə məşğul olması danılmaz faktdır. Ona ləkə atmaq yanlışlıqdır. Bəzi azərbaycanlılar öz övladlarını ləkələyib məsələnin əhəmiyyətini də pozurlar. Surət Hüseynova Milli Qəhrəman adını verən də, alan da əsaslandırmalıdır ki, niyə məsələ belə formada təqdim olunub? Zarafat deyil. Milli Qəhrəman adını verib qısa müddətdən sonra əlindən alırsan. Bu necə olur? Elçibəy iqtidarı dövründə ona qarşı silahlı dəstə göndərilib. Orda da qan tökülüb. Kölgəli məsələlər var.
Surət Hüseynovun müsbət əməllərini inkar etmək olmaz. Hərçənd ki, onun bir çox işləri ilə yaxından tanış deyiləm. Amma bildiyimə görə Qarabağ məsələsi ilə yaxından məşğul olub və əlindən gələni edib. Bunu inkar etmək olmaz. Qaldı ki ordu məsələsinə, o zaman nizami ordumuz yox idi”.

Eks-prezident sabiq baş nazirin Rusiyanın adamı olması barədə deyilənlərə bu formada cavab verib:

"Surət Hüseynovun Rusiyanın adamı olduğunu söyləməzdən öncə bunu izah etmək lazımdır. Agent olduğunu kim isbat edə bilər? Belə danışmağa nə var ki! Bunu qısqanclıqdan da söyləmək olar”.

"Heç Surət Hüseynovla Moskvada görüşünüz baş tutubmu” sualına Ayaz Mütəllibovun cavabı belə olub:

"Bir dəfə Moskvada görüşdük. Mənim ona deyiləsi sözüm yox idi. Hər halda söhbətimiz oldu. İndi dediklərinin əksəriyyətini o zaman da demişdi. Böhtan olduğunu dilə gətirməklə haqqında yanlış fikirlər söylədiyini bildirmişdi.
Hətta bir dəfə Nazirlər Kabinetinin iclasında tənqid etdim ki, Yevlax kombinatında əyri-əskikliklər var. Bu məsələ Surət Hüseynova da çatmışdı. O da bu sözlərimdən incimişdi. Mənsə sadəcə, istintaqın kimin günahkar olub-olmadığını göstərəcəyini demişdim”.

Surət Hüseynovun qalmaqallı açıqlamalar verməsinin hansı məqsədi daşımasına gəlincə, Mütəllibov bunları deyib:

"Onun uzun illərdən sonra belə açıqlamalar verməsinin hansı məqsədi daşıdığını deyə bilmərəm Bəlkə də təəssüflənir. Bəlkə, incikliyi hələ də qalır”.

"Demokratik.Az"

Xəbər 2125 dəfə oxunub






Oxşar xəbərlər

Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10791] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00664] calend [0.00039] topnewsend [0.00272] rsssend [0.00000] ehgend [0.00513] tagsstart [0.00042] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09188]