Dilqəm Əsgərovla Şahbaz Quliyevin işi Avropa Məhkəməsində

  • 01 avq 2017, 17:30

Məhkəmə kommunikasiyaya başlayıb

Avropa Məhkəməsi "Firuzə Əsgərova və Albina Veselova Ermənistana qarşı” işi üzrə kommunikasiyaya başlayıb.

Bu şəxslər 2014-cü ildə erməni işğalı altında olan Kəlbəcər rayonunda erməni silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır.

Ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir.

Məlumatı vəkil Fariz Namazlı öz "Facebook” səhifəsində yayıb. Onun sözlərinə görə, Avropa Məhkəməsi Konvensiyanın 3-cü maddəsi (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5.2 (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması), 5.3 (qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma), 5.4 (həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6.1 (ədalətli və açıq məhkəmə araşdırılması hüququ), 6.2 (dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması), 6.3 a bəndi (ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 6.3 b bəndi (müdafiə üçün lazımi vaxt və imkana malik olma), 6.3 c bəndi (effektiv müdafiəyə malik olma), 6.3 e bəndi (tərcüməçinin köməyindən istifadə etmə), 8 (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), bu sərhəd keçmənin 7-ci maddəyə görə cinayət əməli hesab edilib edilməməsi, 13-cü maddə (effektiv müdafiə vasitələrinə malik olma), 14 (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) maddələrinin pozuntusunun olub olmaması ilə bağlı Ermənistan hökumətinə suallar ünvanlayıb.

Məhkəmə həmçinin hökumətdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin sağlamlıq durumu ilə bağlı sənədlərin də təqdim edilməsini tələb edib.
İşğal altındakı Dağlıq Qarabağda qurulmuş məhkəmə D. Əsgərovu ömürlük, Ş. Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

"Demokratik.Az"

Oxşar xəbərlər