Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:52 - 20.09.2018  
Rəsul Quliyev hökumətin enerji siyasətini tənqid etdi
Tarix: 26-07-2017, 22:41 | Bölmə: ---

 "Heç öz əhalisini qazla təmin etmək iqtidarında deyil..."

Gürcüstanın rəsmi dairələri və onlara yaxın informasiya kanalları dünyanı həyəcana gətirən xəbər yaydılar.


Rəsul Quliyev hökumətin enerji siyasətini tənqid etdiMəlumata görə, rus ordusu Gürcüstanın Kaspi rayonunun Karapila kəndini ələ keçirib və beləcə, Bakı-Supsa neft kəmərinin bir hissəsi Rusiyanın nəzarəti altına düşüb. Maraqlıdır ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti də bu məlumatı təsdiqləyib.

Rusiyanın ələ keçirdiyi ərazilərin Bakı-Supsa kəməri üzərində yerləşməsi, istər-istəməz, Azərbaycan ictimaiyyətini də ciddi narahat edir. Hər kəsi bu suallar maraqlandırır: görəsən, Bakı-Supsa kəmərinin Rusiyanın nəzarəti altına düşməsi hansı beynəlxalq reaksiyalar səbəb olacaq? Kəmərin işləməz hala gəlməsi neftdən asılı olan Azərbaycan iqtisadiyyatına nə kimi təsirlər göstərə bilər? Rusiyanın bu aqressiyasının Gürcüstan ərazisindən keçən digər boru xətlərinə, o cümlədən TANAP layihəsinə də yönəlmə ehtimalı varmı?

Bu və bu kimi suallara cavab axtarmaq üçün Azərbaycanın neft strategiyasını dərindən bilən eks-spiker Rəsul Quliyevin mövqeyini öyrənmək qərarına gəldik.

PİA.AZ xəbər verir ki, eks-spiker Ovqat.com-a açıqlamasında ilk öncə Bakı-Supsa neft kəmərinin əhəmiyyəti üzərində dayanıb.

Onun bildirdiyinə görə, Bakı-Supsa neft kəməri sovet dövründən qalan boru xəttidir: "Bu boru xətti 1995-ci ildə yeniləşdirilib. Kəmərin maksimum imkanı ildə 7 milyon ton neft nəql etməyə çatır. Neftin hasilatının aşağı düşməsi nəticəsində axırıncı dəfə, -deyəsən, 2015-ci ildə, – bu kəmərlə 2 milyon 400 min ton neft göndərilib”. 

Başqa sözlə desək, kəmər öz potensialının cəmi 3/1 gücüylə işləyir və iqtisadi baxımdan o qədər də mühüm əhəmiyyət kəsb etmir. Bəs, bu qədər cüzi əhəmiyyətə malik kəmərin keçdiyi ərazilərin ilhaqı Rusiyaya hansı dividentlər qazandırır? İqtisadi əhəmiyyəti böyük olmayan bu ilhaqın beynəlxalq aləmdə yaradacağı ajiotaj Moskvaya indi nə üçün lazımdır?

Həmsöhbətimizin fikrincə, Rusiyanın bu kəməri ələ keçirməsi Gürcüstanın rəsmən bəyan etdiyi kimi, bu günün işi deyil və məhz bu səbəbdən də ciddi beynəlxalq ajiotaj yaradacağı gözlənilmir: "Bu kəmərin 1.5 km Cənubi Abxaziyanın ərazisindən keçir, o hissə isə indi yox, 2015-ci ildən rusların nəzarəti altındadır. BP istəsə (operatoru BP-dir), kəmərin həmin 1.5 kilometrlik hissəsini Gürcüstanın ərazisinə keçirdər. Ancaq Bakı-Ceyhan kəmərinin belə, tam gücü ilə işləmədiyi bir şəraitdə Bakı-Supsa kəmərindən istifadə etmək məntiqsiz olardı”.

Beynəlxalq reaksiyalara gəlincə, Rəsul Quliyevin fikrincə, Rusiyanın o əraziləri ələ keçirməsinə 2008-ci ildən imkan verilib: "Rusiya hərbçilərinin bu ərazidə olması kəmərin ələ keçirilməsi demək deyildir. Əgər Rusiya bu boru kəmərinin onlara məxsus olduğunu və ondan icazə alınmadan burdan neft keçməyəcəyini elan etsə, onda beynəlxalq reaksiyalara məruz qalar. Ola bilər ki, bu reaksiyalar zəif olsun, böyük əhəmiyyət kəsb etməsin”.

Həmsöhbətimiz Rusiyanın Bakı-Ceyhan boru xəttini ilhaq edəcəyinə isə inanmır: "Bakı-Ceyhan boru xəttini təhlükə gözləmir, əgər bununla əlaqədar müəyyən bir aqressiyası olarsa, – şəxsən mən bunu gözləmirəm, – RF çox kəskin beynəlxalq reaksiyalarla üzləşə bilər. Çünki bu, faktiki Gürcüstanın və ya Azərbaycanın ərazilərinin anneksiyası hesabına mümkündür”.

Neft kəməri fəaliyyət qabiliyyətini itirərsə, bunun Azərbaycan iqtisadiyyatına təsiri də, eks-spikerin fikrincə, böyük olmayacaq: "Çünki Azərbaycanın neft ixracına hansısa boru kəməri yox, neft ehtiyatlarının azalması təsir edir və edəcək”.

Rəsul Quliyev TANAP-ın Rusiyanın enerji siyasətinin əleyhinə yönəldiyi fikriylə də razılaşmır. "Baxmayaraq ki, əvvəllər bu barədə çox danışırdılar. Qərb bunu çox yaxşı başa düşür, ona görə də həmin proyektə təkcə BP və o da yalnız 12 faizlə qoşuldu. Əsas xərc isə Azərbaycan (50%) və Türkiyənin (30%) üzərinə düşdü. Bu boru 2015-ci ildə işə düşməli idi, hələ də ortada bir şey yoxdur. 2018-ci ildə həmin layihə ilə 14 milyard kub metr qaz nəqli nəzərdə tutulub. Ancaq Azərbaycan haradan tapacaq o qazı, bilmirəm. Bu gun heç öz əhalisinin qaz ehtiyatını belə, axıra qədər təmin etmək iqtidarında deyil. Bu kəmər bizdən başqa, Türkmənistan və Qazaxstanın hesabına 60 millyard kub metr qaz nəql etməlidir ki, 2022-ci ilə qədər tam gücüylə işləsin. Ancaq nə Qazaxıstan, nə də Türkmənistan bu kəmərə qaz vermək barədə düşünmür. Ona görə də bu kəmərin böyük bir əhəmiyyəti yoxdur, əksinə, o da Bakı-Supsa kimi, işləməyəcək”.

Rəsul Quliyev Azərbaycanın qlobal qaz bazarına oyunçu kimi daxil olması perspektivinə də nikbin yanaşmır: "Bu gün RF ildə 180 milyard kub metrdən çox qaz ixrac edir. Nəzərə alsaq ki, ABŞ 2018-ci ildən 50 milyard kub metr maye qaz və Fransanın "Total” şirkəti isə İranla 5 il müddətində əlavə 60 milyard qaz bazara çıxardacaq, Azərbaycan ildə 14 milyard kub metrlik ixrac potensialıyla oyunçu ola bilməz. Əslində Azərbaycan bu qazla öz ölkəsini təmin etməlidir. Azərbaycan hökümətinin iqtisadi və enerji siyasəti suda batanın saman çöpünə əl atmasına bənzəyir…".

 

"Demokratik.Az"

Xəbər 1306 dəfə oxunub






Oxşar xəbərlər

Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12998] initstartout [0.00015] initstartin [0.00056] calstart [0.00750] calend [0.00041] topnewsend [0.00362] rsssend [0.00000] ehgend [0.00539] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11185]