Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:24 - 17.10.2019  
Əli İnsanov residivist oldu: onu nələr gözləyir?
Tarix: 26-07-2017, 08:55 | Bölmə: ---

Vəkil: "Burada saxlanma rejimi ağırlaşır”


Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. Belə ki, iyulun 24-də Əli İnsanovun barəsində hökmdən kasasiya şikayəti verilib. Bu barədə məlumat verən vəkil Toğrul Babayev bildirib ki, şikayət Ali Məhkəməyə təqdim edilib. Yaxın vaxtlarda şikayət üzrə məhkəmə prosesi keçiriləcək.


Vəkil əlavə edib ki, Ə. İnsanov istintaq təcridxanasından 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. T. Babayev müvəkkili ilə görüşdüyünü və səhhətinin normal olduğunu da deyib.


Bəs ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməklə Ə. İnsanov nələrdən məhrum ediləcək?


Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan vəkil Əsabəli Mustafayev bildirib ki, ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməklə məhkum bir çox rahatlıq və istirahətdən məhrum edilir:


"Bu, əsasən saxlanma rejimi ilə bağlıdır. Orada istirahət məsələsi, boş saatlar, yatmaq, digər dustaqlarla təmas imkanları, ən əsası isə yaxınlarla görüşlərin, telefon zənglərinin məhdudlaşdırılmasıdır. Bundan əlavə, evdən göndərilən sovqatların alınmasına da digər rejimlərdən fərqli olaraq məhdudiyyət qoyulur. 11 saylı cəzaçəkmə müəssisəsində olmuşam və şəraiti heç də yaxşı deyil. Ərazi olaraq çöllükdə yerləşir və bir qədər külək olan kimi toz-torpaqdan tərpənmək olmur. Eyni zamanda su təminatında da ciddi məhdudiyyətlər var. Qışı soyuq, yayı isti olan köhnə baraklardır. Qısası, şəraiti çox pisdir. Ciddi rejimli cəzaçəkmə müəssisəsinə əsasən maddənin ağırlığına uyğun olaraq məhkumlar göndərilir. Ümumilikdə burada cəzalarını çəkənlərin cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Ona görə də ümumi rejimli deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzalarını çəkirlər. Konkret olaraq Əli İnsanova gəlincə isə onda artıq residiv var. Məhz buna görə də ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. Residiv o deməkdir ki, onda artıq ikinci ağır cinayət əməli var. Birinci və ardınca da ikinci cinayət də ağırdırsa, bu, artıq residiv yaradır”.


Vəkil Əli İnsanovun ciddi rejimli cəzaçəkmə müəssisəsindən azad oluna biləcəyi məsələsinə də toxunub: "Müəyyən müddət keçdikdən və cəzasının bir qismini çəkdikdən sonra yenidən ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarıla bilər. Bu, ağır cinayətlərdə 3/2 müddət nəzərdə tutulub. İndi qanunlara dəyişiklik ediləcək və yeni qaydalara görə, artıq cəzanın yarısı çəkildikdən sonra rejim yüngülləşdirilməsi, cəzanın çəkilmə qaydasının dəyişdirilməsi üçün müraciət edə bilərlər”.


Qeyd edək ki, bir müddət əvvəl Qaradağ Rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.


Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

Əli İnsanov residivist oldu: onu nələr gözləyir?2016-cı ilin oktyabrında İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.


2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar versə də, onun barəsindəki hökm dəyişdirilməyib.


2016-cı il oktyabrın 11-də məhkəmə keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb.


Əli RAİS

Xəbər 2152 dəfə oxunub






Oxşar xəbərlər

Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29842] initstartout [0.00019] initstartin [0.00072] calstart [0.00914] calend [0.00051] topnewsend [0.00548] rsssend [0.00000] ehgend [0.01428] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26742]