"Neftçi"də rəsmi ayrılıq

  • 20 iyul 2017, 21:53

Neftçi” klubu futbolçu Georgi Navalovski ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytında xəbər yer alıb. 30 yaşlı gürcüstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

O, karyerasını Rusiyanın "SKA-Xabarovsk” komandasında davam etdirəcək.

Qeyd edək ki, Georgi Navalovski ötən ilin dekabrında "Neftçi”yə keçib. O, "ağ-qara" forma ilə 13 oyuna çıxıb.


Oxşar xəbərlər