ADAU-nun tələbəsi Macarıstanda “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb

  • 20 iyul 2017, 21:34

"Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrinin genişlənməsi ilə əlaqədar mübadilə proqramlarında iştirak edən tələbələrinsayı xeyli artıb.

Universitetin qoşulduğu beynəlxalq mübadilə proqramlarından biri də Erasmus+ proqramıdır. Bu proqram çərçivəsində universitet tələbələri Avropanın bir sıra, o cümlədən Macarıstanın ali təhsil müəssisələrində uğurla təhsil alır. Bu yaxınlarda universitetin "iqtisadiyyat” ixtisası üzrə  III kurs tələbəsi Leyla Aydınova Macarıstanın Dunayvaroş Universitetində Erasmus+Proqramı çərçivəsində təhsilini uğurla başa vurub. L.Aydınova adıçəkilən universitetin tələbələri arasında "İqtisadiyyat” üzrə keçirilən istedad yarışında birinci yeri tutaraq "Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb".

Bu barədə "Demokratik.Az" saytına məlumat verən ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov bu uğuru yüksək qiymətləndirərək bu kimi nəticələrdən qürur duyduğunu dilə gətirib. Prorektorun sözlərinə görə, tələbələrin yüksək nailiyyətlər əldə etməsi bütövlükdə Aqrar Universitetin müəllim heyətinin pedoqoji fəaliyyətlərini stimullaşdırır. Bu hadisə Azərbaycanda yeganə aqrar təhsil ocağı olan ADAU-nun növbəti uğurudur.

Demokratik.Az

Oxşar xəbərlər