Prezident bu Dövlət Proqramını təsdiq etdi - SƏRƏNCAM

  • 14 iyul 2017, 12:59
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Kənd Təsərrüfatı Nazirliyinə nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etmək;

kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla sistemli və kompleks tədbirlər həyata keçirmək;
kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etmək;

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Prezident Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 

Demokratik.Az

Oxşar xəbərlər