Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:15 - 17.06.2019  
İrəvan Kremli şantaj edir - “Rusiyanı satmağa hazırıq!..”
Tarix: 7-07-2017, 10:57 | Bölmə: ---

Sərkisyanın Qərbə sarı artan şübhəli boylanmalarının pərdəarxası; Bakı üçün də təhdid var; polşalı səfir Ermənistanla niyə məzələnib?..

İrəvan Kremli şantaj edir - “Rusiyanı satmağa hazırıq!..”Son zamanlar Ermənistandan Qərbə, xüsusilə də Avropaya (Avropa Birliyi və NATO-ya) sarı boylanmalar xeyli artıb. Söhbət işğalçı ölkənin siyasi rəhbərliyindən gedir. Fakt budur ki, axır vaxtlar prezident Serj Sərkisyan və komanda üzvlərinin səsi Moskvadan daha çox, Brüsseldən, Avropa Birliyi və NATO qərargahlarından gəlir.


Bu kontekstdə öncə onu qeyd edək ki, hazırda Ermənistanla Avropa Birliyi arasında ikitərəfli anlaşma sənədinin imzalanması yönündə danışıqlar intensivləşib və faktiki, sonuncu mərhələyə girib. Sənədin bu ilin payızında (noyabrda) imzalanacağı deyilir. Artıq Avropa Birliyi (AB) bununla bağlı İrəvandan gözləntilərini konkretləşdirib.


"Avropa Birliyi Ermənistandan vədlər yox, konkret hərəkətlər gözləyir”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, bu barədə dünən təşkilatın aparıcı üzv ölkələrindən olan Polşanın Ermənistandakı səfiri Mare Novakovski AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində "noyabrda Ermənistanın müqaviləni imzalamamaq riski varmı” sualına münasibət bildirərkən deyib.


"Biz hazırıq və qapılarımız Ermənistanın üzünə açıqdır. Prezidentlər Donald Tusk və Serj Sərkisyanın birgə bəyanatından çıxış edərək, biz bu sənədin imzalanmasını gözləyirik. Avropa Birliyinin Ermənistandakı nümayəndəsi Svitalskinin də qeyd elədiyi kimi, biz hamımız erməni tərəfdaşlarımızdan konkret hərəkətlər gözləyirik, vədlər yox”, - deyə diplomat açıq bildirib və ardınca zarafatyana əlavə edib: "Baxın, mən barmaqlarımı bir-birinə çarpazlaşdırıb deyirəm: belə bir risk yoxdur, amma bununla belə, barmaqlarımı da çarpazlaşdırıram”, (Adətən uşaqlar yalan danışanda barmaqlarını çarpazlaşdırır -red.)


***


Amma rusun məsəli olmasın, "hər zarafatda bir həqiqət payı var”. İş də elə sözügedən anlaşmanın reallaşmasına rəsmi Moskvanın mümkün reaksiyasındadır. Yəni İrəvan nə qədər özünü müstəqil göstərməyə çalışıb sərbəst addım atmaq istəsə belə, içində Rusiyadan dolayı bir qorxu, xof yaşanır. Polşalı diplomat da bunu bilir və o üzdən bir az da məzəli formada fikrini tamamlayıb.


Ermənistanın xofu isə əsaslıdır. Ən azı ona görə ki, təxminən 4 il öncə də bənzər sənəd müzakirə edilirdi və imzalanmaq ərəfəsində idi. Amma son anda Putin imkan vermədi, 2013-cü il sentyabrın 3-də Sərkisyanı Moskvaya çağırıb qulaqburması verdi və onu Avropa Birliyinə deyil, Avrasiya Birliyinə qoşulmağa məcbur elədi.


Özü də o vaxt Ermənistan Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə Dağlıq Qarabağsız daxil oldu. İrəvanın separatçı rejimi ora dartıb aparmaq arzusu ürəyində qaldı. Azərbaycanın qurumdakı dost-tərəfdaşları - Qazaxıstan, Belarus buna imkan vermədi. O vaxt bu qərardan Sərksiyanın sifətinin necə qaraldığı yəqin ki, yaddaşlardadır...


***


Sözsüz ki, Rusiyanın marioneti olan bir "dövlətin” Kremlin izni olmadan rəqib geosiyasi düşərgəyə tərəf getməsi qeyri-mümkün məsələdir. Amma fakt budur ki, Sərkisyan rejimi bununla bir daha Qərbə, Avropaya xəfif şəkildə mesaj göndərir ki, o, istənilən an Rusiyanı satıb Avropanın ağuşuna atıla bilər - özü də Dağlıq Qarabağla birgə.


Əlbəttə ki, Moskva bu incə çatdırışların fərqindədir və İrəvanın bütün gedişlərini diqqətlə izləyir. Ola bilsin, o, hələlik yenə Ermənistana hansısa kart-blanş verib, lakin məqamı yetişəndə, maraqlar diktə edəndə Kreml 2013-cü ilin sentyabrındakı kimi yenə "düyməyə” basacaq.


Bu, öz yerində, Ermənistan üçün daha iki sərt reallıq var. Məsələ ondadır ki, işğalçı ölkə Avrasiya Birliyi ölkələri kimi, Avropa Birliyi ölkələri ilə də həmsərhəd deyil.


İkincisi isə, Rusiya qarşısında daha sərbəst olan Azərbaycan Avropa Birliyinə qat-qat çox lazımdır, nəinki Ermənistan. Çünki dənizə çıxışı olmayan işğalçı ölkə üstəlik, nə mühüm coğrafi mövqeyə, nə strateji təbii resurslara malikdir; üstəlik də Rusiyadan güclü asılılıq.


Aydındır ki, Azərbaycan öz təbii coğrafi və digər üstünlükləri hesabına Ermənistanın konkret olaraq Dağlıq Qarabağ məsələsində uğurlu mövqe qazanmasına imkan verməyəcək. Brüssellə Bakı daha önəmli bir müqavilə imzalayacaq. Başqa sözlə, İrəvanın təhdidi elə özünə qalacaq...


Siyasət şöbəsi

Xəbər 1661 dəfə oxunub






Oxşar xəbərlər

Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir
İlham - Fərizə ailəsinə daha bir ağır itki
“GERİ ÇƏKİLMƏYƏCƏM, CAVAB VERİN!…” – “Heydər Əliyevin qovduğu adamı nə məqsədlə vəzifəyə təyin etdiniz?”
Nuru Paşa və Məmmədəmin Rəsulzadənin fotosu avroda - FOTO
Tvitterdən minlərlə hesab bu səbəb görə silindi
Bakıda "Hozu” ləqəbli şəxs iş adamını güllələdi
Timoşenko Zelenskini belə "təriflədi"
İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdı
Ermənilər ilk dəfədir qırıcımıza raket atır... – Polkovnik
Ölkədə siyasi partiyaların çoxu “reanimasiyadadır”
Rusiyanın Ermənistandakı səfirinin bəyanatı nəyə hesablanıb?
Ədliyyə Nazirliyinin səlahiyyəti artırıldı - Fərman
Elçibəyin qardaşı oğlu birlik yürüşü hazırlayır

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.22424] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00824] calend [0.00045] topnewsend [0.00331] rsssend [0.00000] ehgend [0.01350] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.19740]