Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:50 - 17.10.2018  
Ziya Məmmədov klanı yenidən boy göstərmək həvəsində
Tarix: 7-07-2017, 10:04 | Bölmə: ---

İqtidar komandasından incik düşən sabiq nazir toplu yerlərdə görünməməyə çalışır, daha çox Bakı ətrafındakı bağ evlərində qalır; Məmmədovlar niyə hələ də ayaqda olduqları rəyini yaratmaq istəyirlər?

Ziya Məmmədov klanı yenidən boy göstərmək həvəsindəNəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirdikdən sonra bir vaxtlar iqtisadiyyatın az qala bütün sektorlarına sirayət etmiş ailə biznes imperiyasının sürətlə sökülməsi barədə xəbərlər yayıldı. Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı "qeyri- səmimi” mövqeyinə görə cəzalandırıldıqdan sonra hətta iri biznes strukturlarını təhvil verməyə razılaşıb. Bildirilirdi ki, oğlu Anar Məmmədov rəhbərlik etdiyi "Garant Holdinq”in fəaliyyətini tam məhdudlaşdırıb, şirkətin bütün aktivləri - hotellərdən tutmuş restoranlaradək satışa çıxarılmağa hazırlanır.

Anar Məmmədov üçün Bakı səfası bitib və o, bir müddətdir ki, ailəsi ilə Londonda yaşayır. Sabiq nazirin özünün harada olması barədə isə ziddiyyətli xəbərlər yayılır. Sabiq nazirin ötən ayın sonu vəfat edən energetika naziri Natiq Əliyevin dəfnində və hüzr mərasimində iştirak etməməsi ölkədən çıxdığı barədə iddiaları artırıb. "Yeni Müsavat”ın məlumatına görə, sabiq nazir gözəgörünməz olsa da, Azərbaycandan kənara çıxmayıb. İqtidar komandasından incik düşmüş olduğu deyilən Z.Məmmədov toplu yerlərdə görünməməyə çalışır, daha çox Bakı ətrafındakı bağ evlərində qalır. Belə iddialar var ki, sabiq nazir işdən çıxarılsa da, komandadan ayrılmayacağına, Nazirlər Kabinetində vəzifə alacağına ümid edirmiş. Onun komandadan birdəfəlik uzaqlaşdırılmasına qərar verilməsi onda depressiv vəziyyət yaradıb.


Xalq şairi Sabir Rüstəmxanlı lent.az-a son müsahibəsində Z.Məmmədov haqda maraqlı faktlar açıqlayıb. O deyib ki, Elton Məmmədovla qohum olmazdan əvvəl (xalq şairinin qızı Elton və Ziya Məmmədovların qardaşlarının gəlinidir - "YM") Z.Məmmədovla yaxşı münasibətləri olub: "Köhnə millət vəkili həmkarım Elton müəllimlə də uzun illərin dostuyuq. Bir sözlə, bu ailəyə, bu qardaşlara böyük sayğım var. Onlar köklü bir övliya nəslindən gəlirlər.

Vəzifədən gedəndən sonra yazmışdılar ki, Ziya Məmmədov Quran oxuyur. Başa düşmürəm, Quran oxumağın nəyi pisdir ki? Burda nə qəribəlik var? Ziya müəllim həmişə dinlə, ədəbiyyatla maraqlanıb. Ziya müəllimlə oturub ədəbiyyat haqqında söhbət eləyə bilərsən. Gör klassik ədəbiyyatımızı o yaxşı bilir, yoxsa hər gün ədəbiyyatdan danışanların çoxu?” - deyə, S.Rüstəmxanlı bildirib.


İş ondadır ki, iqtidar Z.Məmmədov və oğlunu hələ də tam bilinməyən səbəblərdən cəzalandırsa da, onun digər qohum-əqrəbası ilə heç bir intriqa aparılmır. Bu sırada Elton Məmmədov da var. Özü mandatını, qardaşı isə işini itirdikdən sonra Məmmədovların hakimiyyətlə siyasi bağları tam qırılıb. Elton Məmmədova və digər qohumlarına biznesləri üçün heç bir təhlükə olmadığı deyilib. Bu səbəbdən də indi Məmmədovların əsas dayağı sabiq nazirin qardaşı hesab olunur.
Ötən həftə sonu E.Məmmədovun medianın tanıdığı oğlu Aynar Məmmədov Bakıda yeni çay evinin açılışını edib. Mərasimə isə şou-biznes nümayəndələri dəvət edilib. Yada salaq ki, Aynar Məmmədov bundan əvvəl "Nar cafe” adlı məkan açmışdı. Məmmədovlar daha böyük və ciddi layihələr həyata keçirmək gücünü artıq itirib.


Bu xəbər mediada "Məmmədovlar klanı özünü toplamağa çalışır” kimi reaksiyalara səbəb olub. Bu, Məmmədovların hələ də "ayaqda olduğu” rəyinin yaratsa da, aydındır ki, onların "qatarı” daha əvvəlki "sürətlə” heç vaxt getməyəcək. İqtidar komandasından dışlanan və adi bir vəzifə belə almayan Z.Məmmədov üçün hökmranlıq dövrü artıq qapanmışdır. Məmmədovların indən sonra boy göstərmək həvəsi onlar üçün heç də yaxşı nəticə verməyə bilər.


"YM”

Xəbər 1172 dəfə oxunub






Oxşar xəbərlər

Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub
Qida Təhlükəsizliyi Agentliyində KÜTLƏVİ HƏBS
Sabiq vergilər naziri Reanimasiyadadır
Böyük Britaniyada 10 nazir istefa verə bilər
Eldar Əzizova yazılan ŞİKAYƏT Qusara qayıtdı AMMA - "Şair Alxasov düşmən, ev yıxan, qəddar adamdır" - Şikayət
Ekologiya nazirliyinin səlahiyyətləri artırıldı
Türkiyə Bransonu verib, nə aldı? – Hərb başlayır
Ad günü şənliyində atışma: ölənlər var
ABŞ və Türkiyə yeni dönəmə başlayır - İsrail KİV
PKK-da qorxunc olaylar: qadın terrorçu silahı...
Gəncədə icra başçısının müavini vətəndaşları döydü – VİDEO
Fikrət Yusifov məmurlara nəzarət mexanizmi təklif etdi - "İctimai nəzarət gücləndirilsin!"
Sabiq nazir: “Elə xəyanətkar məmurlar var ki...”
BÜRCÜNÜZ – 14 oktyabr
Fransa polisi onlarla çeçeni reketliyə görə saxlayıb
Ağdamın Əfətli kəndindı mina aşkar edilib
Lüksemburqda parlament seçkiləri keçirilib
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi - Fotolar
Türkiyəli məşhur cütlük barışdı
Rövşən Lənkəranskinin mənəvi qardaşı həbs olundu
Səudiyyə kralı Trampdan zəng gözləyir
HƏBSDƏKİ BANKİRƏ ŞOK İTTİHAM - Seçkilərə müdaxilə
Bakını pis günə qoymuş məmurlar hədəfdə
Nemət Pənahlıya 30 sutka həbs verilib
Trampın adamı Bakıya xüsusi təkliflə gəlir
Lotu Quli İstanbulda möhtəşəm sxodka keçirib - DETALLAR
“Prezidentə can borcum var” – jurnalist Səbuhi Məmmədli
Gəncədə FHN-in yeni "zirzəmi qənimi" KİMDİR? - Pulyığanın təqaüd yaşı olmurmuş
İnam Kərimov sədr təyin olunub - Sərəncam
Qəbul və buraxılış imtahanlarında nələr dəyişilib? - Açıqlandı
İranda BİABIRÇILIQ: - 11-14 yaşlı 650 qız ərə verilib
Əli Həsənov yazdı: "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi"
Paşinyanın Serj Sərkisyan yolu və blef - İDDİA

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10645] initstartout [0.00020] initstartin [0.00065] calstart [0.00738] calend [0.00040] topnewsend [0.00320] rsssend [0.00000] ehgend [0.00520] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08893]