Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:40 - 22.09.2018  
Əbülfəs Qarayev buna müdaxilə etməlidir – PROBLEM
Tarix: 4-07-2017, 23:11 | Bölmə: ---

Yay fəsli gələn kimi hər kəs işdən uzaqlaşıb sakit guşələrə çəkilmək, təbiət qoynunda dincəlmək istəyir. Belə hər kəs əvvəlcə cibinə baxır, dincəlmək üçün bir məkan seçib üz tutur həmin məkana. Kimisi xarici ölkələrə üz tutur, kimisi isə elə ölkəmizin səfalı bölgələrinə.

Əbülfəs Qarayev buna müdaxilə etməlidir – PROBLEMAncaq təəssüflə qeyd etmək lazımdır ki, yay fəsli gələn kimi ölkəmizdəki istirahət mərkəzlərinin qiyməti xarici ölkələrinkindən heç də geri qalmır. Hətta başqa ölkəyə gedib dincəlmək daha sərfəli olur, belə deyə bilərik. Ümumiyyətlə, iyul-sentyabr aylarında bölgələrə turist axını güclü olur. Bu aylarda bölgələrdə hotellərdə, hətta fərdi evlərdə yer tapmaq problemə çevrilir, qiymətlər isə ceyran belinə qalxır. Rayonlara üz tutanlar arasında xarici turistlərlə yanaşı, yerli turistlər də üstünlük təşkil edir.

Biz də 4 nəfərlik bir ailənin Azərbaycanın hansısa bir rayonunda dincəlməyinin neçəyə başa gələcəyi ilə maraqlandıq. İlk olaraq turizm şəhəri hesab olunan Şəkidəki qiymətləri araşdırdıq. Məlum oldu ki, burada ən ucuz hotel "Karvansaray”, ən bahalı yer isə "Marxal” hesab olunur.

Şəki şəhəri Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev bayram ərəfəsində turist çoxluğundan hotellərdə yer olmadığını, ancaq indi boş yer tapmağın nisbətən mümkün olduğunu bildirdi: "Bayram günlərində turistlər həddən artıq çox idi. Turistlər arasında Şəkiyə üz tutanlar daha çox ərəblər və almanlardır. Hazırda da Şəkiyə turist axını davam edir. Məndə olan məlumata görə, iyul, avqust və sentyabr aylarında turist axını daha çox gözlənilir. Bayram ərəfəsində qiymətlərdə bir az artım vardı. Amma indi əvvəlki qiymətlərdir. Şəkidə fərdi evlərin bir nəfər üçün bir günlük səhər yeməyi daxil, qiyməti evin qurulundan asılı olaraq 8-15 manat arasında dəyişir. Hotellərə gəlincə isə ən ucuz hotel "Karvansaray” hesab olunur. Burada bir nəfər üçün bir günlük qiymətlər otağın növündən asılı olaraq 20-50 manat arasında dəyişir. Ən bahalı yer isə ”Marxal” hesab olunur. Burada bir nəfərin bir gün qalmasının qiyməti 170 manatdır. Elə turistlər var ki, deyirlər ki, biz sırf Azərbaycan ailəsində qalmaq, adət-ənənələri görmək istəyirik. Elə adamlar da var ki, ev sahibəsi olmadan tək qalmaq istəyir. Bu zaman evlərin qiymətində 2-3 manat fərq olur”.

Fərdi evlərin qiymətinin bir nəfər üçün bir gününün yalnız səhər yeməyi daxil olmaqla, ən ucuz ev variantını, yəni gününün 10 manatdan olduğunu hesablasaq, bu, 4 nəfərlik bir ailəyə 40 manata, bir həftə qalmaq isə 280 manata başa gələcək. Ən lüks evin isə gününün 15 manat olduğunu nəzərə alıb hesablasaq, 4 nəfərlik bir ailəyə bunun 60 manata, 1 həftə qalmağın isə 420 manata başa gəldiyini görərik. "Marxal”da 4 nəfərlik bir ailənin bir gün qalması 680 manat, 1 həftə qalması isə 4760 manata başa gələcək. Bu, yalnızca qalmağın qiymətidir. Gəzmək, haradasa oturub nələrsə yemək, çay içmək, əyləncə yerlərinə getməyin qiymətlərini hələ hesablamırıq.

İsmayıllı rayonunda, İlisu kəndi yaxınlığında yerləşən "Green House” ailəvi istirahət mərkəzində bir nəfər üçün bir günlük qiymətlər isə kotec seçimindən asılı olaraq 60 -120 manat arasında dəyişir. İsmayıllıda 4 otaqlı günlük evlər 70 manatdır. İsmayıllı rayonunda yerləşən "Qaya” istirahət mərkəzində isə bir kottec 4 nəfər üçün nəzərdə tutulub və burada qiymət 1 nəfər üçün 120 manatdır. Hoteldə isə qiymətlər fərqlidir. Bir yataq, bir də qonaq otağı olan nömrə üçün 80 manat, yalnız bir otağı olan nömrə üçün isə 60 manat ödəmək lazımdır. Bu qiymətlərə bir günlük qalmaq və səhər yeməyi daxildir. Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən "Palma” İstirahət Mərkəzində isə səhər yeməyi daxil olmaqla, bir nəfərin qalması 60 manata başa gələcək. Gündə 3 dəfə yemək yemək istəsəniz o zaman günə 100 manat ödəməli olacaqsınız.

Qeyd edək ki, bölgələrdə istirahətə getmək istəyirsinizsə, gərək ən azı 1 həftə əvvəldən yer rezerv edəsiniz. Əks halda, gedib qalmağa yer tapmaya bilərsiniz. Təbii, bundan istifadə edən fərdi evlər isə qiymətləri bir az da bahalaşdıra bilər. Bəs qiymətlərin bu qədər yuxarı olması nə ilə əlaqədardır?

"FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyev bölgələrdəki istirahət mərkəzlərindəki bahalaşmanın səbəbinin dollarla əlaqədar olaraq xarici ölkələrə üz tutanların sayının azalması ilə əlaqədar olduğunu dedi: "Dollar baha olduğuna görə bu il Antalya turları bahadır. Ona görə də ora üz tutanların sayı azalıb. Düzdür, gedənlər də var. Ancaq əksəriyyət daxili turlara üz tutur. Ölkəmizə gələn xarici turistlər də çoxdur. Yəni tələbat var. Misal üçün, Nabranda bir gecə qalmaq 40 manatdır. Ölkəmizə ərəb, iranlı turistlər də çox gəlir. Onlar daha çox Quba, Şəki, Qəbələ tərəflərə gedib qalırlar. Bu sezonla bağlı iş olduğuna görə də 1-2 ay nə işləyib qazandılarsa, odur. Hazırda tələbat çoxdur, buna görə də qiymətlər yüksəkdir”. (musavat.com)

Xəbər 1456 dəfə oxunub






Oxşar xəbərlər

Rövşən Rzayev İSLAHATI - “Qaçqınkom”da köklü dəyişikliklər
Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək
Azərbaycan parlamentinin 100 illiyi qeyd olundu
TƏHSİL EKSPERTİ "YIXIB-SÜRÜDÜ" - Məktəbdaxili Nəzarət nədir və niyə tətbiq olunmur ?
Dünyanın ən təhlükəsiz şəhərləri - Bakı neçənci yerdədir?
DTX ARXİVLƏRİ AÇDI – Məxfi saxlanılan sənədləri yaydı + SƏNƏDLƏR
Alimlər yeni planet kəşf etdi: su var
Azərbaycanlı tələbə İsveçdə deputat seçildi (FOTO)
Tramp OPEK-i hədələdi: Nefti ucuzlaşacaq?
İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şans
BÜRCÜNÜZ – 22 sentyabr
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.24323] initstartout [0.00019] initstartin [0.00097] calstart [0.02544] calend [0.00063] topnewsend [0.00495] rsssend [0.00000] ehgend [0.04498] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16530]