Ordumuz Naxçıvanda döyüş təlimləri keçirib

  • 04 iyul 2017, 17:11
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimləri keçirilir.

Demokratik.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin saytınd xəbər yer alıb. Rəsmi xəbərə görə, zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb. Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən hava hücumundan müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub.

Bölmələr döyüş tapşırığı aldıqdan sonra hərbi qərarqəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, maket üzərində qarşılıqlı əlaqə və hava hücumundan müdafiə tapşırıqlarının yerinə yetirilməsinə qərar qəbul olunub. Marş zamanı yerdəyişmə həyata keçirən bölmələrə şərti düşmənin basqını dəf edilib, kolonların təyinat rayonlarına təhlükəsiz hərəkəti təmin edilib.

Təlimin döyüş atışlı mərhələsində hərəkətdən atəş və start mövqeləri tutulduqdan sonra düşmənin hava və yerüstü hədəfləri "Strela 3” daşınan zenit raket kompleksi və 23 millimetrlik zenit qurğuları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən 120 millimetrlik minaatan heyətləri də cəlb olunub. 

Demokratik.Az

Oxşar xəbərlər