“Tramp da Elçibəy kimi hakimiyyətə küçədən gəlib”

  • 04 fev 2017, 22:02

Politoloqun sözlərinə görə Tramp Amerikanı məhv edəcək

"Amerika bundan əvvəl də həddindən artıq sərt siyasət aparırdı. "Çatana çatırdı, çatmayana bir daş atırdı”. İndi Tramp peşəkar siyasətçi deyil. Küçədən gəlmiş adamdır, indi gəlib oturub hakimiyyətdə. Yadınıza salın Azərbaycanın o vaxtki tarixini. Ə.Elçibəy də hakimiyyətə küçədən gəlmişdi. Başlamışdı Çini, Hindistanı, İranı parçalamağa. Baykala qədər türk dövləti qururdu. Bir ildən sonra çala-çala getdi. İndi də, Donald Tramp gəlib. Onun çox böyük iddiaları var. Onu hədələyir, bunu hədələyir. Elə bilir ki, bundan əvvəlki peşəkar siyasətçilər heç nə bacarmırdılar, indi bu bütün problemləri həll edəcək”. 

Bu barədə tanınmış politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Trampın bu addımı Amerikanı uçuruma aparır. 

"Tramp bir şeyi anlamır ki, Amerika cəmiyyətində ona qarşı müqavimət artır. Artıq 40 faiz amerikalı Trampın vəzifədən çıxarılmasını tələb edir. Əgər Tramp siyasətini dəyilşməsə, onu pis nəticələr gözləyəcək”, - deyə Z.Əlizadə bildirib.

Siyasətçi deyir ki, Trampın Meksika ilə münasibətlrəi korlaması ABŞ-a ziyandan başqa heç nə vəd etmir:

"Meksika büdcəsinin sahibi Meksika hökuməti və xalqıdır. Onlar da, heç vaxt sərhəddəki divarın pulunu ödəməyəcəklər. Unutmaq olmaz ki, milyonlarla Latın Amerikasının sakini Amerikaya köçüb. Ümumiyyətlə onlar arasında dərin bir tarix var. Amerikanın bütün cənub ştatları Meksika ilə müharibə nəticəsində işğal olunub. Kaliforniya, Arizona, Texas bunlar hamısı Meksika əraziləri olub. Sonradan bu ərazilər alınıb. Bununla belə Meksika xalqı amerikalılara müsbət münasibət bəsləyib. Onların iqtisadi əməkdaşlığı var. İndi Trampın onlara qarşı bu münasibəti ona baş ucalığı gətirmir. Lakin əminəm ki, baş verənlər onunla nəticələnəcək, Trampı məcbur edəcəklər siyasətini dəyişəcək. Yaxud onu bayıra atdacaqlar”.

Oxşar xəbərlər