Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:59 - 18.10.2019  
Azərbaycanlı oliqarx Las-Veqasda erməni milyarderdən mülk aldı
Tarix: 24-06-2017, 13:14 | Bölmə: ---

ABŞ-ın kazinolar şəhəri Las-Veqasda qalmaqallı azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılova məxsus milyonlarla dollarlıq ticarət mərkəzi aşkarlanıb və bu əmlakın üzərinə həbs qoyulub. virtualaz.org xəbər verir ki, bu barədə "Kommersant” yazır.

Azərbaycanlı oliqarx Las-Veqasda erməni milyarderdən mülk aldıQəztin yazdığına görə mülkə Telman İsmayılovun yüz milyonlarla dollar borclu olduğu "Bank Moskva”nın (VTB-nin törəmə bankı) qaldırdığı iddia əsasında həbs qoyulub. Bank Amerika məhkəməsində iddia qaldıraraq göstərib ki, Telman İsmayılov dələduzluqla məşğul olub, Rusiyada götürdüyü kreditləri qaytarmaqdan imtina edərək vəsaitləri xaricə köçürüb və qohumlarının adına daşınmaz əmlak almaq üçün istifadə edib.

Rusiya bankı Telman İsmayılovun Las-Veqasda mülkə malik olduğundan xəbər tutmazdı, Kipr məhkəməsinin qərarı olmasaydı. Belə ki, bu ilin fevralında bankın hüquqşünasları Nikosiya dairə məhkəməsinə müraciət edərək bir sıra Kipr bankları tərəfindən Telman İsmayılova məxsus olan, Seyşel adalarında qeydiyyatdan keçmiş "Vesto Trading Limited” offşor şirkətinin fəaliyyətinə dair informasiyaların açıqlanmasını tələb edib.

"Vesto Trading Limited” İsmayılovun özü kimi kredit öhdəlikləri daşıyır. "Bank Moskva” 2012-2014-cü illərdə İsmayılova məxsus "Rusline 2000” və Hollandiyada qeydiyyatdan keçmiş "Tropicano Finance B.V.” şirkətlərinə cəmi 230 milyon dollar kreditlər verib. Həmin kreditlərə görə zamin qismində İsmayılovun Seyşel adalarında qeydiyyatdan keçmiş digər şirkəti çıxış edib. Sonradan İsmayılovun şirkətləri kreditləri qaytarmağı dayandırıb və hazırda oliqarxın təkcə bu bank qarşısında öhdəliyi 19 milyard rubl (300 milyon dollardan çox) təşkil edir.

Xatırladaq ki, bank Telman İsmayılovun müflis elan edilməsi və əmlakına həbs qoyulub hərracda satılması barədə iddia qaldırıb. Rusiya məhkəməsi iddianı təmin edib. Telman İsmayılov müflis elan ediləndən sonra onun məşhur "Praqa” restoranı, "Tropikano” biznes-mərkəzi və AST ticarət mərkəzi bankın nəzarətinə keçib. Bu yaxınlarda İsmayılovun Moskvadakı bir neçə daşınmaz əmlakına da həbs qoyulub.

Oliqarxın Las-Veqasdakı mülkü

 

Lakin əsas mübarizə Telman İsmayılovun Antalyadakı məşhur "Mardan Palace” oteli uğrunda gedir. "Mardan Palace” otelini idarə edən "AST İnşaat Taahhut Ticaret Ve Sanayi Anonim Sirketi” və "Olimpus Insaat Turizm Gida Otelcilik Nakliye Sanayi Ve Ticaret Anonim Sirketi” "Bank Moskva”dan alınan kreditlər üzrə zamin qismində çıxış edir. Bununla əlaqədar bank hələ 2015-ci ildə Antalya məhkəməsində həmin şirkətlərin müflis elan edilməsi barədə iddia qaldırıb. Ancaq məhkəmə iddiaya baxılmasına indilərdə başlayıb. İddia təmin olunsa "Bank Moskva” "Mardan Palace” otelinə də nəzarət edə biləcək.

Kipr məhkəməsinin qərarı ilə açılan informasiyadan, yəni Telman İsmayılovun Las-Veqasda mülkünün olmasından isə "Bank Moskva”nın hüquqşünasları hələ 2014-cü ildə xəbər tutmuşdular. Belə ki, həmin il "Rusline 2000” şirkəti kreditlərin qaytarılmasını dayandıranda bankın hüquqşünasları müəyyən etmişdilər ki, "Vesto Trading Limited” şirkətinin hesabından 8 milyon dollardan çox vəsait Las-Veqasdakı "Craig Valley Plaza” ticarət mərkəzinin alınması üçün istifadə olunub.

Bu ticarət mərkəzinin ümumi sahəsi 7 min kvadratmetrdən çoxdur. Əvvəllər İran əsilli erməni, məşhur amerikalı milyarder Sem Nazaryanın ailəsinə məxsus olub. Hazırda isə ticarət mərkəzinin sahibi Telman İsmayılovun qohumu Nailə Sadıxovanın nəzarətində olan "Marker Craig LLC” və "Marker LLC” şirkətlərinin nəzarətindədir.

Bankın hüquqşünasları Nevada ştatının Klark dairə məhkəməsində "Marker "və "Vesto Trading” şirkətləri arasında həyata keçirilən maliyyə əməliyyatının dələduzluq kimi tanınması , ticarət mərkəzinə həbs qoyulması barədə iddia qaldırıb. Məhkəmə operativ qaydada bu mülkün üzərinə həbs qoyub və cavabdeh tərəfə vaxt verib ki, kreditorların iddialarına cavab versin.

VTB-nin mətbuat xidmətindən "Kommersant”a bildiriblər ki, onlar Telman İsmayılovdan borcların qaytarılmasına dair heç bir konkret təklif almadıqlarına görə məhkəməyə müraciət etməli olublar. "Biz Telman İsmayılovdan borcların qaytarılması üçün həm Rusiyada, həm xaricdə bütün qanuni tədbirləri görmək niyyətindəyik”-bankdan bildiriblər.

Virtualaz.org

Xəbər 2365 dəfə oxunub






Oxşar xəbərlər

12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36386] initstartout [0.00029] initstartin [0.00079] calstart [0.01000] calend [0.00065] topnewsend [0.00475] rsssend [0.00000] ehgend [0.10507] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.24160]