İŞİD-in 20 minədək üzvü var

  • 09 iyun 2017, 18:20


Hazırda İŞİD terror qruplaşmasının 20 min nəfərədək üzvü qalıb.

Demokratik.Az xəbər verir ki, bu fakt BMT baş katibinin bu qruplaşmanın sülh və təhlükəsizliyə yaratdığı təhdid barədə cümə axşamı günü qurumun Təhlükəsizlik Şurasına təqdim etdiyi məruzədə əksini tapıb.

Sənəddə deyilir: "Son 16 ayda İŞİD döyüşçülərinin sayı xeyli azalıb və hazırda 12 mindən 20 min nəfərədək təşkil edir. Eyni zamanda, İraq və Suriyaya digər regionlardan xarici yaraqlı-terrorçular axını azalıb. Lakin indi beynəlxalq təhlükəsizliyə əsas təhdid yaraqlıların öz ölkələrinə qayıtması və onların münaqişə zonalarından başqa regionlara yer dəyişməsidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.