Gülən Türkiyə vətəndaşlığını itirəcək?-ŞOK QƏRAR

  • 05 iyun 2017, 19:12

Türkiyə Daxili İşlər Nazirliyi xaricdə yaşayan 130 ölkə vətəndaşı, o cümlədən Fətullah Gülən və Xalqarın Demokratik Partiyasının (HDP)2 deputatını (Fayzal Sarıyıldız) və Tuğba Hezer) ölkə vətəndaşlığından çıxarıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qərar 3 ay ərzində qüvvəyə minəcək.
"Yuxarıda adları çəkilən və Türkiyə Cümhuriyyətinin qanunlarına əsasən barələrində araşdırma aparılan şəxslər 3 ay ərzində Türkiyəyə gələrək müvafiq orqanlara müraciət etməsələr vətəndaşlıqdan çıxarılacaqlar” – deyə açıqlamada deyilir.

Fətullah Gülən iyuldakı hərbi çevrilişdə əsas təqsirləndirilən şəxs sayılır.

 

Demokratik.Az

Oxşar xəbərlər