Gəncədə məktəb direktoru həmkarına şeir qoşdu
- 02 iyun 2017, 14:02
Gəncə şəhərində fəaliyyət göstərən 30 saylı tam orta məktəbin direktoru, tanınmış şair və pedaqoq İlham Musaoğlu maraqlı şeir yazıb. "Demokratik.Az"ın əldə etmiş oluğu Sabiranə şeir Gəncədə fəaliyyət göstərən "dələduz bir məktəb direktoruna ithaf olunub. Şeirdə əks olunan obraz "X" direktorun şərəfsiz həyat yoluna və iyrənc əməllərinə işıq salır. Bildiririk ki, şeirdə direktorun kim olması maraq doğurur və müəllif tərəfindən onun kimliyi sətirlərdə gizlədilib. Əslində şeiri oxuduqca, Gəncənin bir neçə yarıtmaz direktorunun portreti göz önündə canlanır. Amma birmənalı iddia irəli sürmək olduqca çətindir. Sizcə, İlham Musaoğlu şeirində hansı məktəb direktorunu hədəf seçib? Pul hərisi kimi də təqdim olunan məchul direktoru tapan oxucunu mükafat gözləyir.
Demokratik.Az həmin şeiri təqdim edir:
Pul hərisidir
Vallah insanların gözləri doymur
Birisi vəzifə, pul hərisidir
Dosta, tanışına, məhəl də qoymur
Pulun qarşısında, qul hərisidir
Bu alçaq vicdanı, qəpiyə satıb
Çirkin əməlləri, son həddə çatıb
Namusu, qeyrəti, tullayıb, atıb
Şərəfsiz, yaramaz, dul hərisidir
Xəyalı göylərdə gəzişir, hər an
Başının üstünü, alıbdır duman
Bir gün, bir tələyə düşəcək yaman
Bədbəxtin balası, kol hərisidir
Əcaib işlərə, artıb marağı
Hədsiz natəmizdir, əli-ayağı
Şəhərə səs salıb, səsi, sorağı
Gəlin paltarında, xal hərisidir.
Haqqında yazıbdır, hər gün internet
Onsuz hazırlanıb, məxvi bir paket
Bir nəfər lazımdır, deyə ki, çıx get
Odur ki, qorxudan, fal hərisidir.
Uzaq gedə bilməz, daha dirəşib
Pis-pis vərdişlərə, çoxdan öyrəşib
Son vaxtlar, başı da lap keçəlləşib
Başına əkməyə, qıl hərisidir.
İlham dərk eləyir, xeyirlə şəri
Adı da olubdur, dillər əzbəri
Yoxsa ki, qaçqının, yazığın biri
Düşüb qapılara, yal hərisidir
Özü də, vəzifə pul hərisidir .
İlham Musaoğlu, şair.
25 may 2017