Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:12 - 23.07.2019  
“Azərbaycanda kredit mədəniyyəti çox aşağıdır"
Tarix: 31-05-2017, 08:50 | Bölmə: ---

Bankların vəziyyəti müzakirə olundu; Vahid Əhmədov: "Xarici ölkələrdə banklar insanlara təklif edirlər ki, kredit götürüb, hansısa iş görsünlər, Azərbaycanda isə bunun əksi baş verir”

“Azərbaycanda kredit mədəniyyəti çox aşağıdır"Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tərəfsiz Jurnalistlər İctimai Birliyi "Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” mövzusunda tədbir keçirib. Musavat.com-un məlumatına görə, tədbirdə deputat Vahid Əhmədov, bank mütəxəssisləri, bank işi üzrə təhsil alan tələbələr və jurnalistlər iştirak ediblər. Tədbiri açıq elan edən birliyin sədri Elşad Eyvazlı ölkədə kredit mədəniyyəti barədə müzakirələr aparılacağını bildirib: "Cəmiyyətdə belə fikir formalaşır ki, banklar insanları soyurlar və onlar buna arqumentlər də gətirirlər. Lakin banklar da bildirirlər ki, bəzən insanlar aldıqları krediti faizsiz şəkildə belə qaytarmırlar. Bu gün qeyd etdiyimiz məsələləri müzakirə edəcəyik”.


İlk olaraq söz bank müdiri Ramin Bayramova verildi. R.Bayramov bankların problemləri barəsində danışdı: "İlk növbədə bilmək lazımdır ki, bankların bir nömrəli vəzifəsi vəsaitləri cəlb edib, kreditə yerləşdirməkdir. Yəni bankların verdikləri kreditlərin hamısı özlərinə məxsus sərbəst vəsaitlər deyil ki, bank onları tələb etməkdən imtina etsin. Ona görə də biz əgər insanların maddi vəziyyətini düşünürüksə, bu aspektdən bankların da durumuna yanaşa bilərik. Məsələyə həm bank, həm də istehlakçı tərəfdən baxdıqda bugünkü problemlərin obyektiv və subyektiv səbəblərini görmüş oluruq”.

Mütəxəssis bank sahəsinin hazırkı durumu və buna səbəb olan faktorları da sadaladı.

Deputat Vahid Əhmədov isə bildirdi ki, əsas məsələ kredit mədəniyyətidir: "Bu gün Azərbaycanda kredit mədəniyyəti çox aşağı səviyyədədir. Əlbəttə ki, burada insanların da, bankların da günahı var. İnsan borc götürürsə, düşünməlidir ki, bunu qaytara biləcək, yoxsa yox. İkincisi də imzalanan müqaviləyə də diqqətlə baxmaq lazımdır. İnsan istəyir ki, tez gedib vəsaiti götürsün və müqaviləni diqqətlə oxumur. Nəticədə problemlər yaranır. Banklar kreditləri birincisi, insanların qoyduqları əmanətlər, ikincisi, Mərkəzi Bankın mərkəzləşmiş kredit portfeli hesabına verirlər. Üçüncüsü isə o bankların ki, xarici dövlətlərlə, maliyyə qurumları ilə razılıqları var, oradan da müəyyən qədər vəsait götürürlər. Ancaq Azərbaycanda xarici maliyyə qurumları ilə əlaqəsi olan banklar çox azdır. Sadaladığımız üç mənbədən əsası insanların əmanətləridir. Əmanətlərin hansı faizlə götürülməsi bankın da hansı faizlə kredit verməsinə birbaşa təsir edir. İki devalvasiyadan sonra isə Azərbaycanda bank sistemində vəziyyət kəskin şəkildə pisləşdi. Çünki banklar özləri də çox ciddi maliyyə sanksiyasina məruz qaldılar, yüksək miqdarda vəsait itirdilər. Cənab prezident də öz çıxışında qeyd etdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran bank sistemi oldu. Yəni rəqəmlər bunu göstərir”.


Deputat bildirib ki, Azərbaycanda bank sistemində faizlər hər zaman çox yüksək olub: "Elə bank olub ki, 30-35 faizlə insanlara kreditlər verib. Ancaq elə banklar da olub ki, normal şəkildə fəaliyyət göstəriblər. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında məqsəd odur ki, bank sistemində sağlamlaşdırılma əməliyyatları həyata keçirilsin. Xarici ölkələrdə belədir; banklar insanlara təklif edirlər ki, kredit götürüb, hansısa iş görsünlər. Azərbaycanda isə bunun əksi baş verir. Banklar hazırda bəzi kredit götürən vətəndaşlara gücləri çatdığı formada köməklik edirlər. Ancaq hər kəsə güzəştə getmək də mümkün olan şey deyil. Hazırda ölkədə 32 bank fəaliyyət göstərir, hesab edirəm ki, bu da çoxdur. Normal fəaliyyət üçün banklar müəyyən qədər nizamnamə kapitalına malik olmalıdırlar. Düşünürəm ki, növbəti aylarda da bəzi banklar bağlanacaq. Mən əslində heç zaman bunun tərəfdarı olmamışam. Çalışmaq lazımdır ki, bir neçə bank bir bank ətrafında birləşsin və ümumi kapitalı toplasınlar ki, insanlara kredit verə bilsinlər”.


Vahid Əhmədov manatın məzənnəsi ilə bağlı baş bankir Elman Rüstəmovun jurnalistlərə verdiyi açıqlama barəsində də danışıb. O bildirib ki, həqiqətən də manatı indiki vəziyyətdə saxlamaq mümkündür:

“Azərbaycanda kredit mədəniyyəti çox aşağıdır""Manatın ucuzlaşması ilə bağlı məsələ çox ciddidir. Bəllidir ki, bir neçə aydır manatın məzənnəsi qorunub saxlanılır. Bu elə-belə baş vermir və müəyyən işlər görülür. Manat neftin qiymətindən, idxal-ixrac əməliyyatından, maliyyə bazarındakı tələb və təklifdən asılıdır. Əgər bu proseslərə normal nəzarət olarsaq, doğrudan da heç bir problem olmaz. Hzırda idxal-ixrac əməliyyatında ilk dəfə olaraq Azərbaycanda müsbət saldo yaranıb. Yəni biz idxalı azaldıb, ixracı isə çoxaltmışıq. 2016-cı ildə isə bu belə deyildi. Müsbət saldonun yaranması manata birbaşa təsir göstərir. İkincisi isə pul-kredit siyasətinə də ciddi nəzarət həyata keçirilir. Manatın xərclənməsinə bu cür nəzarət olacaqsa, məzənnəni qoruyub saxlamaq mümkündür. Ancaq burada bir məsələ də real sektorun inkişafıdır. Manatı qoruyub saxlamaq mümkündür, bir şərtlə ki, real sektorda vəsaitdə problem yaranmasın”.


Daha sonra deputat və mütəxəssislər verilən suallar ətrafında fikir mübadiləsi aparıblar.


Əli RAİS,

Xəbər 2486 dəfə oxunub






Oxşar xəbərlər

Abşeronun "kraliça"sı gender bərabərliyini pozur?
GDU-nun elmi katibi rektorla Cehun Bayramovu üz-üzə qoydu - QALMAQAL
Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu 7 aydır ki, boşdur?
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir
Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18245] initstartout [0.00015] initstartin [0.00082] calstart [0.02550] calend [0.00061] topnewsend [0.00788] rsssend [0.00000] ehgend [0.01003] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13678]