Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:29 - 24.08.2019  
“Azərişıq” yüz minlərlə abunəçini necə aldadır? — ARAŞDIRMA
Tarix: 29-05-2017, 17:09 | Bölmə: ---

"Azərişıq” ASC tərəfindən yüz minlərlə, bəlkə də milyonlarla istehlakçının hüquqları mütəmadi olaraq pozulur.

Hüquqları pozulmuş oxucuların redaksiyaya ünvanlandığı şikayət məktublarında bildirilir ki, ödəniş müddəti başa çatmamış elektrik enerjisinin verilməsi borc səbəbi ilə dayandırılır. "Azərişıq” ASC-nin tabeliyində olan rayon enerji təchizatı idarələri yaşayış binalarının girişində məzmunu qanunvericiliyin tələblərinə uyğun olmayan xəbərdarlıqlar yapışdırırlar. Hətta heç bir borcu olmayan abunəçilərin işığının kəsilməsi faktları da mövcuddur.

 Bu barədə oxu.az xəbər verir ki, borcu ödəmək üçün "Azərişıq” ASC tərəfindən istehlakçıya verilən müddətlə qanunvericilikdə göstərilən müddət arasında 20 gün fərq var. Yəni, istehlakçı borcu "Azərişığ”ın işçilərinin tələb etdiyi kimi 10 gün deyil, 30 gün ərzində ödəmədikdə elektrik enerjisinin verilməsi dayandırıla bilər.

"Azərişıq” ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş bildiriş barədə məlumatlar və hər bir abunəçiyə göndərdiyi bildiriş qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir, istehlakçıların hüquqlarının kütləvi şəkildə pozulması halı olmaqla sui-istifadə hallarına şərait yaradır.

Belə ki, "Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər.

Lakin "Azərişıq” ASC-nin rəsmi internet səhifəsində "Bildiriş nədir?” hissəsində 2017-ci ilin yanvar ayına qədər qeyd edilirdi ki, istehlakçı, bildirişini aldığı tarixdən etibarən 10 təqvim günü ərzində qeyd edilən məbləği müvəkkil banklara ödəməyə borcludur. Göstərilən müddətdə elektrik enerjisinin istehlak məbləği ödənilmədiyi təqdirdə, Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə əsasən, təchizatçı abonentə hər hansı bir formada əlavə xəbərdarlıq etmədən elektrik enerjisinin təchizatını dayandırmaq haqqına malikdir. Daha sonra abonentlərə verilən bildirişin izahı göstərilmiş və nümünə üçün bildiriş şəkli yerləşdirilmişdir.

Həmin bildirişdə indi də abunəçinin elektrik enerjisini ödəməli olduğu son tarix göstərilməmişdir. Eyni zamanda bildirişin aşağı hissəsində 4 sayı ilə verilmiş qeyddə bildirilir ki, hesablanmış elektrik enerjisinin haqqı qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilmədikdə elektrik enerjisinin verilişi dayandırılacaq.

Abunəçilərin aldığı bildirişlər "Azərişıq” ASC-nin rəsmi internet səhifəsində nümunə kimi göstərilmiş bildiriş ilə eynidir. Məhz bu səbəbdən enerji təchizatı müəssisəsinin işçiləri sui-istifadə hallarına yol verir. Ödəniş müddəti çatmamış elektrik enerjisinin verilməsini "borc var” səbəbi ilə dayandırırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci yarımbəndinə əsasən, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər.

Həmin Qaydalara 7 nömrəli əlavə - Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə (özünəxidmət üsulu tətbiq olunmadıqda) təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli Ödəniş sənədində - "Ödəmə tarixi: hər ay _ -dən _ -dək” hissəsi olmalıdır.

Lakin yuxarıda göstərilmiş qanunvericiliyin müddəalarına zidd olaraq "Azərişıq” ASC göndərdiyi bildirişdə elektrik enerjisi haqqının ödənilməsinin son gününü və ya bildirişin tarixindən hesablanmaqla 30 gün olmasını göstərmir, bildirişin qeyd hissəsində sadəcə "qanunvericilikdə müəyyən edilmiş müddətdə” istinad edir və bundan sonra tabeliyində olan rayon enerji təchizatı idarələrinin işçiləri bildiriş təqdim edildiyi tarixdən 10 gün sonra işığı kəsirlər, bu barədə yaşayış binalarının girişində elanlar da yapışdırılır.

Hüquqları pozulan şikayətçilərdən biri bizə ünvanlandığı məktubda bildirir ki, "Azərişıq” ASC ilə aylarla yazışmadan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işə qarışmasından sonra saytda 2017-ci ilin yanvar ayında dəyişiklik edilib. Saytda artıq 10 gün məsələsi yığışdırılıb. Düzəliş edilib və 30 gün yazılıb. Amma hər bir abunəçinin aldığı bildirişdə hələ də dəyişiklik edilməyib. Yerli enerji satışı və təchizatı idarələri bundan sui-istifadə edirlər və abunəçilərin hüquqlarının kütləvi şəkildə pozulması hələ də davam edir.

Göründüyü kimi, "Azərişıq” ASC göndərdiyi bildirişdə və rəsmi internet səhifəsində göstərilən məlumatlarda qanunauyğun olmayan və natamam məlumatlar yerləşdirməklə istehlakçıların xidmətin istehlak şərtləri haqqında dəqiq məlumat almaq hüququnu kütləvi şəkildə pozur.

“Azərişıq” yüz minlərlə abunəçini necə aldadır? — ARAŞDIRMA
“Azərişıq” yüz minlərlə abunəçini necə aldadır? — ARAŞDIRMA
“Azərişıq” yüz minlərlə abunəçini necə aldadır? — ARAŞDIRMA
“Azərişıq” yüz minlərlə abunəçini necə aldadır? — ARAŞDIRMA
“Azərişıq” yüz minlərlə abunəçini necə aldadır? — ARAŞDIRMA

 


 

Xəbər 2462 dəfə oxunub






Oxşar xəbərlər

Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13038] initstartout [0.00012] initstartin [0.00056] calstart [0.00702] calend [0.00039] topnewsend [0.00310] rsssend [0.00000] ehgend [0.00540] tagsstart [0.00043] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11331]