Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:00 - 25.06.2019  
Öz fənnindən “2” alan MÜƏLLİMLƏR: Onlar getsinmi, qalsınmı?
Tarix: 27-05-2017, 11:18 | Bölmə: ---

"Qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarını müəllimlərə veriblər. Müəllimlərin 70 faizi həmin sualları cavablandıra bilməyib” 

Öz fənnindən “2” alan MÜƏLLİMLƏR: Onlar getsinmi, qalsınmı?Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 13 nömrəli Sərəncamından sonra bu istiqamətdə həyata keçirilən islahatların miqyası genişləndirilib. Ölkədə təhsilin keyfiyyətinin artırılması və sürətli yüksəlişinə nail olmaqdan ötrü Dövlət Strategiyasında nəzərdə tutulan istiqamətlər üzrə ciddi islahatlara başlanılıb. Təhsil üzrə müəyyən edilən 5 başlıca strateji istiqamətdən biri - təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması və müasir təlim metodlarından istifadə edən yeni təhsilverənlərin formalaşdırılması prosesini ləngidən səbəblərin aradan qaldırılmasına yönələn ciddi addımlar atılıb. 

2014-cü ildən başlayaraq ölkəmizdə həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi məhz həmin addımlardan biridir.

Müəllimlərin səviyyəsi üzrə ümumi mənzərə

Ölkəmizdə 2 ildir davam edən proses artıq yekunlaşmaq üzrədir. Son mərhələdə - Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən məcburi köçkün rayonlarının məktəblərində çalışan 5000-ə yaxın müəllimin qiymətləndirilməsi həyata keçirilir. İmtahanlara qeyd edilən rayonlarla yanaşı, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən namizədlər də cəlb olunublar.  

Proses tamamilə başa çatdıqdan sonra müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı konkret rəqəmlər əsasında danışmaq mümkündür. Lakin indidən ümumi mənzərə aydınlaşıb. İlkin hesablamalar müəllimlərin bir qisminin qiymətləndirmədə nəinki yeni təhsil proqramlarının tətbiqi, hətta öz ixtisası üzrə də ürəkaçan nəticələr əldə etmədiyini deməyə əsas verir. Bu sahədə ciddi müşahidə, sorğu və təhlilləri olan "Təhsil xidmətləri” Mərkəzinin rəhbəri Kamran Əsədovu müəllimlərin xüsusən ixtisas fənnindən göstərdiyi nəticələr təəccübləndirib: "Xoş olmayan nəticədir ki, qiymətləndirmədə iştirak edən müəllimlərin 30 faizi ixtisas fənnindən minimum nəticə göstərib. İmtahanda təqdim olunan 40-ı ixtisas, 20-si isə kurikulumdan olmaqla, cəmi 60 suala verilən cavablar kifayət qədər aşağıdır. Xüsusən, ixtisasa aid 40 sualdan 4-5-nə cavab vermək keçid balını toplamaq deməkdir. Buna baxmayaraq, həmin minimum cavabı belə verə bilməyən müəllimlərin olması heç də yaxşı hal deyil”. 

Ekspertin qənaətinə görə, diaqnostik qiymətləndirmədə uğurlu nəticə göstərənlərin faizi çox aşağıdır: "Prosesin əvvəllərində belə məlumatlar daxil olurdu ki, yüksək səviyyədə nəticə göstərən müəllimlər ümumi müəllimlərin 18 faizini, yaxşı nəticə göstərənlər 57 faiz təşkil edib. Qalanı isə ixtisası üzrə sadə sualların 50 faizinə belə cavab verə bilməyənlərdir. Lakin indi ümumi qənaətimiz belədir ki, yüksək nəticə göstərənlərin faizi bundan da aşağıdır”. 

Məzunların səviyyəsinin aşağı olmasının səbəbi bəlli oldu 

K.Əsədov müəllimlərin keyfiyyət göstəricilərindən birbaşa asılı olan məqamlara diqqət çəkib: "Təsəvvür edin ki, ixtisas fənnindən minimum biliyə malik olmayan müəllim dərsdə necə maksimum nəticə göstərə bilər? 2016-cı ilin buraxılış imtahanlarında IX və XI sinif şagirdləri arasında 35 min nəfərin ana dilindən "2” almasını müzakirə edirik. Ancaq bilməliyik ki, şagirdlərin bu nəticəni göstərməsi tamamilə normaldır. Axı onların müəllimləri də bu biliyə malikdir. Müəllim nə öyrədibsə, şagird də onu ortaya qoyur”.  

Təhsil üzrə ekspert daha bir maraqlı məqama diqqət çəkib. Onun fikrincə, abituriyentlərin verdiyi imtahanlara salınan suallar müəllimlərin qiymətləndirilməsi məqsədi ilə istifadə edilənlərdən daha çətindir: "Nəzərə almaq lazımdır ki, diaqnostik qiymətləndirmədə istifadə olunan suallar Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul imtahanlarında tərtib etdiyi tapşırıqlardan daha asandır. Bir maraqlı faktı qeyd edim. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi tədbirlərdən birində qeyd edildi ki, Azərbaycan dili fənni üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarını müəllimlərə veriblər. Müəllimlərin 70 faizi həmin sualları cavablandıra bilməyib”. 

Kim, nə təklif edir?

Beləliklə, mənzərə göz önündədir. Müəllimlərin bir qismi nəinki müasir təhsilin tələb etdiyi parametrlər üzrə, illərdir ki, dərs dediyi ixtisas üzrə də minimum biliyə malik deyillər. Eyni cəmiyyətin üzvü olan hər kəs həmin müəllimlərin fəaliyyətinin nəticəsini hiss edir. Çünki onlar yetişməkdə olan nəsillə birbaşa əlaqədədir. Demək ki, onların fəaliyyəti hər birimizi maraqlandırmalıdır. Məktəbə uşaq göndərən valideyn qədər gələcəyini məhz təhsilin keyfiyyətində axtaran vətəndaş da narahatdır. Olmalıdır da. Axı, söhbət bütün ölkə üzrə müəllimlərin böyük bir qismindən gedir. Hansı ki, həmin müəllimlər hər birimizin gələcəyinə təsir göstərir. Bəs, hansı tədbirlər görülməlidir? Təhsil Nazirliyi daha sərt addımlar atmalıdırmı? Ən əsası, biz yetişdirdiyimiz nəslin gələcəyini, inkişafını kimlərin əlinə təslim etmək istəyirik?

K.Əsədov belə müəllimlərin onun övladına dərs deməsinin qəti əleyhinədir: "50 faizdən aşağı nəticə göstərən müəllimlər təhsil müəssisəsindən uzaqlaşdırılmalıdır. Mən istəmərəm ki, övladıma öz ixtisasından minimum bilikləri belə olmayan şəxs dərs desin”.

K.Əsədovun vətəndaş, təhsil eksperti və valideyn olaraq təklif etdiyi çıxış yolları isə sərtdir: "Azərbaycan dili, xarici dil, ibtidai sinif, tarix, coğrafiya, riyaziyyat müəllimlərinin nəticələri 20 faizdən aşağıdırsa, onları təkmilləşmə kurslarına cəlb etməyə ehtiyac yoxdur. Onlar işdən birbaşa azad edilməlidir. Əmək Məcəlləsinin tələbinə uyğun olaraq, həmin müəllimlərlə əmək müqaviləsinə xitam verilməli, yerləri vakansiyaya çıxarılmalıdır. Onların yerini daha dinamik, daha perspektivli müəllimlər tutmalıdır. Bu, sosial ədalətin bərpa olunması baxımından da önəmlidir. Arzulayırlarsa, yenidən imtahana qatılaraq yüksək nəticə göstərib həmin yeri yenidən qazansınlar. Hesab edirəm ki, diaqnostik qiymətləndirmədə minimum tələbləri belə ödəyə bilməyən müəllimə güzəşt etmək gələcəyimiz üçün potensial təhlükə yaratmaqdır. Ümid edirəm onlar barədə ciddi nəticələr götürüləcək”.

Diaqnostik nəticələr - əsas qiymətləndirmə aləti 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi E.Bağırov da hesab edir ki, qiymətləndirmənin nəticələri mütləq nəzərə alınmalıdır: "Həm diaqnostik qiymətləndirmənin keçirilməsi qaydaları ilə bağlı təşkil edilən tədbirlərdə, həm nazirlik əməkdaşlarının yerli təhsili idarəetmə orqanlarında görüşlərində səsləndirdiyimiz tövsiyə və tapşırıqlarda qeyd edirik ki, diaqnostik qiymətləndirmənin nəticələri müəssisə rəhbərlərinin əlində əsas qiymətləndirmə aləti olmalıdır. Dərs bölgüsü aparanda, mükafatlandırma tədbirlərində həmin nəticəni göz önündə tutmalıdır. Təbii ki, yüksək nəticə göstərənlər aşağı nəticə əldə edənlərlə müqayisədə daha çox dərs yükü ilə təmin olunmalıdır. Bu da müəllimin sosial rifahına təsir edən amillərdən biridir”. 

E.Bağırov da bu qənaətdədir ki, minimum balı toplaya bilməyən müəllimlərin dərs yükü azaldılmalı və onlar tədris prosesindən uzaqlaşdırılmalıdır: "Qiymətləndirmənin nəticələri göstərir ki, keçid balından aşağı, minimum bal toplayan müəllimlərin sayı az deyil. 10 baldan aşağı nəticə göstərənlər elə bir kateqoriyada olan müəllimlərdir ki, onların səviyyəsinin yüksəldilməsinə təlimlərlə də nail olmaq mümkün deyil. Odur ki, həmin müəllimlərin dərs yükünün minimuma endirilməsinin, hətta tamamilə azad olunmalarının tərəfdarıyıq”.

 

 


Xəbər 2039 dəfə oxunub






Oxşar xəbərlər

İSTANBUL MERİNİ SEÇDİ! Qalib yenə Əkrəm İmamoğludur
“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı — VİDEO
Təhsil eksperti Əmrullayevkimiləri və təhsil səviyyəsini qınadı
“Hər bir şəxs bilməlidir ki,...” — İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ
Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır
"Megafun"da partlayış: tanınmış müğənni və övladı xəsarət aldı
İstanbulda bələdiyyə səsverməsi başlayıb
Yabanı çətənə kolları aşkar edilərək yandırılıb
İlham Əliyev niyə məhz onları seçdi? – Kodlar açılır
Dünyanın yarısı milyonerlərə məxsusmuş...
Repressiya qurbanı olmuş qələm sahiblərimiz
Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb
Elçibəyin təyin etdiyi icra başçısı niyə güllələndi?
İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər
Deputat: "Biz ermənilərlə birgə yaşaya bilərik"
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivinə təqdim edilib
Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb
İran ABŞ texnikasını BELƏ MƏHV ETDİ - VİDEO
Ramil Usubovdan DİN-nin şəxsi heyətinə xoş MÜRACİƏT
Donald Tusk: "Brexit" sazişi layihəsi dəyişdirilə bilməz"
“Boltonun Qarabağla məşğul olmağa vaxtı yoxdur, onun diqqəti İrana yönəlib”
“MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas
Rektorun evi qarət olundu: Hadisə niyə gizlədilir?
Gürcüstanın parlament sədri impiçment edilə bilər
Xatirə toyda biabırçı geyimdə - VİDEO
Gəncədə idarə etmədən çıxan motosklet aşıb
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
QHT sədri Lider TV-də siyasi verliş aparacaq
Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
DTX-nın yeni rəisi Əli Nağıyev oldu
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Elinanın qəbri təhqir edildi – Yeni cinayət işi başlandı
Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilib nazir təyin edildi
Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinin fiaskosu: Rövşən Rzayev uğursuzluğu
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27884] initstartout [0.00023] initstartin [0.00116] calstart [0.03743] calend [0.00081] topnewsend [0.00502] rsssend [0.00000] ehgend [0.00975] tagsstart [0.00097] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.22340]