Paytaxtın “Troya” gecə klubunda kütləvi dava

  • 27 may 2017, 10:25
Bakıda gecə klubunda kütləvi dava düşüb.

Report xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Xəqani küçəsində yerləşən "Troya” gecə klubunda 5 nəfər arasında dava düşüb. Nəticədə 1978-ci il təvəllüdlü, Səudiyyə Ərəbistanı vətəndaşı Dheyyaa Əli Əbdülhüsseyn əl-Omairi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Demokratik.Az
Oxşar xəbərlər