Ekvadorda Lenin dövrü başladı

  • 25 may 2017, 12:27

Ekvador Prezidenti seçilən Nobel mükafatı laureatı Lenin Moreno parlamentdə keçirilən mərasimdə hakimiyyəti Rafael Correadan təhvil alıb.

Demokratik.Az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Moreno mərasimdəki çıxışında bütün ekvadorluların prezidenti olduğunu və heç kəsin geridə qalmaması için çalışacağını söyləyib. Ekvadorun Lenini deyib ki, onun prezidentliyi müddətində 325 min yeni ev tikiləcək və onların 191 mini pulsuz paylanacaq. Həmçinin uşaqların yetərincə qidalanmaması problemi həllini tapacaq, narkotiklə amansız mübarizədə aparılacaq.

Xatırladaq ki, hakim Alianza PAIS hərəkatının tək namizədi olan Lenin Moreno prezident seçkilərinin ikinci turunda 51,16 faiz səs toplayaraq müxalifətdəki liberal CREO hərəkatının namizədi Guillermo Lassoya qalib gəlmişdi.

Rafael Correanın hakimiyyəti dövründə, 2007-2013 illərdə prezident köməkçisi işləyən Moreno 1998–ci ildə silahlı soyğuncuların hücumuna uğramış və hərəkət qabiliyyətini itirmişdi. O vaxtdan bəri əlil arabası ilə hərəkət edən Lenin Moreno prezident köməkçisi olarkən əlillər üçün gördüyü işlərə görə 2012-ci ildə Nobel mükafatı qazanıb.

 

"Demokratik.Az"

Oxşar xəbərlər