Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:08 - 17.09.2019  
İqbal Ağazadə Eldar Mahmudovun "şəxsi agenti"dir - ÖZÜ DANIŞIR
Tarix: 23-05-2017, 13:53 | Bölmə: ---

İqbal Ağazadə Eldar Mahmudovun "şəxsi agenti"dir - ÖZÜ DANIŞIRBu qədər məntiqsiz, ağılsız yazını həmin sayta yazdırıblar"; "Eldar Mahmudovla ömrümdə heç vaxt heç bir şəxsi tanışlığım olmayıb”

Ümid Partiyasının sədri İqbal Ağazadəyə qarşı ağır ittiham irəli sürülüb. 1News.az saytı İqbal Ağazadənin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı ilə çıxış edib. Yazıda bildirilir ki, MTN-in agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub. Yazıda bu narahatlıqların arxasında ciddi səbəblərin dayandığı bildirilir: "İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumatlar öz təsdiqini tapır. O bundan çox narahatdır. Çünki o, birdəfəlik müstəqil siyasətçi imicindən məhrum oluna bilər”.

Sayt iddianı qüvvətləndirmək üçün İ.Ağazadənin E.Mahmudovla əlbir olmasıyla bağlı heç bir ciddi fakt, sübut təqdim etməyib. Müasir Müsavat Pariyasının sədri Hafiz Hacıyev və Milli Şuranın üzvü İbrahim İbrahimlinin bu məsələ ilə bağlı vaxtı ilə etdikləri çıxışlardan sitatlar təqdim edib və qeyd edib ki, H.Hacıyevin fikrincə, məhz Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra İqbal Ağazadə də deputat mandatından məhrum edildi.

Qeyd edək ki, bu günlərdə İqbal Ağazadə BakiPost.az-a geniş müsahibəsində həbs olunan MTN-çilər barədə danışarkən onların qaçaq-quldur olmadığını, dövlət üçün əhəmiyyətli işlər də gördüklərini deyib. O eyni zamanda agentlərin adlarının açılmasının düzgün olmadığını vurğulayıb. Ehtimal edilir ki, bundan cəmi iki gün sonra İ.Ağazadənin özünə qarşı "agent” ittihamının irəli sürülməsi həmin açıqlamasına cavabdır.

Ümid Partiyasının sədri İqbal Ağazadənin saytın iddialarına münasibətini öyrəndik. İqbal Ağazadə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 1News.az saytı hakimiyyətə yaxın saytdır heç bir fakt, sübut ortaya qoymadan yazı yazıb: "Hakimiyyət də, imkanlar da bunların əlində zəhmət çəkib yazdıqlarını sübuta edən bircə dənə də olsun fakt qoysunlar ortaya. Heç bir fakt olmaya-olmaya bu cür nağıl yazıb insanların düşüncələrini, beynini qarışdırırlar. Onu yazdıran hökumət nümayəndəsi ortaya sübut qoysun! Yazıda nə vaxtsa kimlərinsə hansısa ümumi fikrinə istinad edirlər. Adama deyərlər ki, sən o adamlara istinad edincə, konkret fakt, sübut ortaya qoy, ən azından bir hökumət nümayəndəsi çıxsın danışsın və fakt qoysun ortaya. Bu edilmir, çünki heç bir fakt, sübut yoxdur. Yazıblar ki, guya mən Eldar Mahmudova məlumat verən olmuşam. Bir ölkənin milli təhlükəsizlik nazirinə bir partiya sədrinin, deputatın verə biləcəyi informasiya nə ola bilər? Mən hansısa xüsusi xidmət orqanlarındamı, silahlı qüvvələrdəmi çalışırdım ki, o xüsusi xidmət orqanlarının planları haqda məlumat verim?! İnformasiyanın hamısı onlardadır, onlar dövlətə informasiya verirlər. Mənim verəcəyim nə informasiya ola bilər?! Yəni bu qədər məntiqsiz, ağılsız yazını həmin sayta yazdırıblar. Təəssüf ki, peşəkar insanlar, jurnalistlər bu cür absurd yazıların dalınca düşürlər”.

"Sizə qarşı o cür ağır ittihamı irəli sürən sayt və ya yazı müəllifindən məhkəməyə şikayət etməyi düşünürsünüzmü?” sualına İ.Ağazadə belə cavab verdi: "Heç bir məhkəməyə müraciət etmək fikrim yoxdur. Cavabımı media vasitəsilə verdim”.

"Eldar Mahmudovla nazir işlədiyi dövrdə və ondan əvvəllər şəxsi tanışlığınız, görüşünüz olubmu?” sualını isə belə cavablandırdı: "Eldar Mahmudovla mənim heç vaxt heç bir şəxsi tanışlığım olmayıb. Onu yalnız rəsmi dövlət tədbirlərində görmüşəm. Başqa heç bir halda onunla nə şəxsi görüşlərim, nə ümumi görüşlərim, nə telefon danışığım ömründə olmayıb. Heç vaxt!”

 

"Demokratik.Az"

Xəbər 3050 dəfə oxunub






Oxşar xəbərlər

Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40310] initstartout [0.00022] initstartin [0.00104] calstart [0.01185] calend [0.00051] topnewsend [0.00436] rsssend [0.00000] ehgend [0.01153] tagsstart [0.00081] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.37274]