Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:16 - 23.02.2018  
Türkiyədə “yeni təyinat dönəmi”
Tarix: 20-05-2017, 09:32 | Bölmə: ---

AKP-nin 3-cü növbədənkənar qurultayı hakimiyyət üçün yeni mərhələyə hazırlıq olacaq

Türkiyədə “yeni təyinat dönəmi”Mayın 21-də Türkiyədə AK Partiya 3-cü növbədənkənar qurultayını keçirir. Ötən il mayın 22-də keçirilən növbədənkənar qurultayda o zamankı baş nazir və partiya sədri Əhməd Davudoğlu postunu hazırkı baş nazir Binali Yıldırıma güzəştə getmişdi. İndi isə daha bir sürpriz gözlənilir.
3-cü növbədənkənar qurultay zamanı hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın yenidən partiyanın rəhbərliyinə seçilməsi gözlənilir. Artıq mayın 2-də Ərdoğanın AK Partiyaya üzvlüyü qeydə alınıb. 16 aprel referendumu ilə prezidentin partiya üzvlüyünə qoyulan məhdudiyyət götürülüb və hazırda Konstitusiya Ərdoğanın partiya sədri olmasına əngəl deyil.


Bununla da 3-cü qurultayın əsas hadisəsi necə deyərlər məlumdur. Ancaq eyni zamanda partiyada rəhbər kadrlar arasında dəyişikliyin olması, yeni şəxslərin irəli çəkilməsi gözlənilir. Ancaq bütün bunlar qurultaydan sonrakı günlərdə dəqiqləşəcək; yeni partiya sədri öz komandasını elan edəndə. Hələliksə AK Partiya qurultay hazırlıqlarını artıq başqa çatdırıb. 100 min nəfərin iştirak edəcəyi qurultayda Ərdoğan və indiki sədr Yıldırımın birgə hərəkət edəcəyi platforma qurulub, "Bitməyən sevda AK Parti” adlı filmin göstərilməsi gözlənilir. "Haber Tük” kanalının məlumatına görə, qurultay təntənəli olsa da, ifrat dəbdəbəli olmayacaq.


Qurultay təşkilat komitəsinin məlumatına görə, paytaxt Ankara ilə yanaşı digər vilayətlərdən 1500 avtobus vasitəsilə 60 minə yaxın AKP tərəfdarı avtobuslarla qurultaya gətiriləcək. Qurultayın əsas şüarı "Yeni təyinat dönəmi”, "Sağlam iradə, qurucu lider” olacaq. Qurultayda həmçinin 1470 seçilmiş nümayəndənin hamısının iştirak edəcəyi gözlənilir. Qurultay "Ankara Arena Spor Salon”da keçiriləcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyi referendumundan sonra AK Partiya rəhbərliyinin qurultay qərarı almasının bir sıra mühüm səbəbləri vardır. İlk növbədə hökumət referendumdan dərhal sonra elan etdiyi kimi seçkidən çıxan nəticələr, çatışmazlığın aradan qaldırılması. Son bir neçə ildə davam edən ardıcıl gərginlik, seçkilər, hərbi çevriliş və hüquq-mühafizə orqanlarının hakimiyyətə qarşı gizli planı hökuməti ciddi şəkildə zəiflədib. Üstəlik iqtidarın başının daha çox siyasi məsələlərə, xarici siyasət, hərbi əməliyyatlar, o cümlədən daxildəki çevriliş cəhdləri ölkə daxilində sosial və iqtisadi vəziyyətə ciddi təsir edib.

Türkiyədə “yeni təyinat dönəmi”

İndi Türkiyə hakimiyyətinin qarşısında dayanan əsas vəzifə yaranmış vəziyyəti düzgün dəyərləndirib, yenidən xalqla yaxından işləmək, iqtisadi, sosial, xidmət sahələrində hökumətin və bələdiyyələrin fəaliyyətini gücləndirmək, xalq yanında hakim partiyanın etimadını daha da yüksəltməkdir. Bunu artıq hakimiyyətin ən üstdə dayanan şəxsləri də etiraf edib. Referendumda alınan 51 faiz Konstitusiyanı dəyişmək üçün yetəli olsa da, qarşıdakı seçkilərdə qələbə üçün kifayət etmir. Çünki referendumdakı koalisiya növbəti seçkilərdə olmaya da bilər. Üstəlik bu cür davam edəcəyi təqdirdə səslər daha da itə bilər. Bu səbəbdən AKP rəhbərliyi qarşıdakı iki ildə, yəni 2019-cu ilə qədər seçkilərə getməmək və bu zaman ərzində xalqla daha yaxından işləmək, iqtisadi və xidmət sahəsini daha da inkişaf etdirməyi, yalnız bundan sonra seçkilərə getməyi düşünür. Bu səbəbdən də qarşıdakı iki il növbədənkənar seçki olmayacaq böyük ehtimalla.

Əvəzində bütün bunları etmək üçün hakim partiyanın yenlənməsi, komandanın daha da sağlamlaşdırılması lazımdır. Hələlik iqtidar partiyası ciddi kadr dəyişikliyindən danışmasa da, Ərdoğanın qayıdışı və yenilənmə çağırışları kadr dəyişikliklərini qaçılmaz edir.

Demokratik.Az

Xəbər 1001 dəfə oxunub






Oxşar xəbərlər

Prezident sosial müavinətlərin məbləğini 10 faiz artırıb
Könül Kərimova villasının 172 manat işıq pulu borcunu ödəmir - özü danışdı
XOCALI FACİƏSİ ADAU-DA DA ANILIB
İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirilib
KÖHNƏ PREZİDENT, YENİ KOMANDA: KİMLƏR GEDƏCƏK?
Ərdoğan: Bu yay Suriyadakı terrorçular üçün...
Əli Həsənovun nəvəsi Sumqayıtda yaşıllığı məhv edir
Nazirlikdən ADAU-ya növbəti dəstək gəldi
Ermənistanda Ayaz Mütəllibovu qiyabi həbs etmək istəyirlər
Əli Hüseynli: “1500-ə yaxın şəxs həbsdən azad ediləcək”
Eldar Mahmudovla bağlı daha bir təhqiqat başladı
Oqtay Əsədov: “Böyük əfv gözlənilir”
Kəmaləddin Heydərov Lənkərana gedir
Heydər Əliyev bu mərmini özü ilə İrana apardı və... – Fakt
YAP imzaları MSK-ya təqdim edib
Onlara 400 manat təqaüd veriləcək (Sərəncam)
MTN generallarına prokurordan ağır cəza tələbi
KXCP-də gərginlik: Mirəlioğlu - Gülalıyev qarşıdurması
"Mühacirlər müxalifətə şükür oxutdurur" - Qabil Hüseynli
Milyonçu azərbaycanlı “qanuni oğrular” (SİYAHI)
Suriyada inzibati bina atəşə tutulub, 9 nəfər yaralanıb
ATƏT-in xüsusi missiyası seçkiyə görə Bakıdadır
1997-сi ildə müxalifət lideri Etibar Məmmədov öldürüləcəkmiş?
Avropa qaçqınlara insan kimi baxmır - Hesabat
Bürclər – 23 fevrala nə deyir?
Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib?
Azərbaycanda nə qədər NARKOMAN var?
Prokuror MTN generalına 16 il cəza istədi
Siyəzən RPŞ-də "XOCALI ANIM TƏDBİRİ" keçirilib
Goranboy SSİ-nin rəisi iş icraçısını döydü
XİN Nalbandyana cavab verib
Stallone sağ olduğunu belə sübut etdi - VİDEO
Azərbaycanda neçə alkoqolik var? - SAY
Zakir Həsənov Belarusa səfərə gedib
Rusiya prezidentliyinə namizədlərin reytinqi açıqlanıb - Putin liderdir
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib - FOTOLAR
Prezident Fəttah Heydərovu təltif etdi- FOTOLAR
“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi
Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi
Əhmədzadənin çörəyini yeyən narkoman kimdir?-"Özəlləşən daha bir SSİ var" (İDDİA)
ABŞ Türkiyədən qorxdu, hərbi sazişə mane oldu-Şok
Usubov və Qaralov avtoritetləri qəbul etmədi
Məcburi köçkünlərin aylıq müavinət məbləği artdı - SƏRƏNCAM
Kuban Aqrar Universitetinin əməkdaşları ADAU-da
"Sumqayıt TP" Tacikistana kabel ixrac edəcək
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi
Prezident İran müdafiə nazirini qəbul edib
Azərbaycan XİN Fransa XİN-ə cavab verdi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat
Atəşkəs rejimi 135 dəfə pozulub
Bayılda gərginlik artır: əhali Abutalıbovu axtarır
Sabiq deputatlara pensiya veriləcək
Sahibkarlar üçün mühüm qanun - borcları silinir
İqbal Ağazadədən ÇAĞIRIŞ: “Düşmən deyilik”
YPG Türkiyənin zərbələrindən sonra Afrindən geri çəkildi
Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
“Azərsu”ya 15 milyon manat ayrılıb
Göygöldə 11 gündür itkin düşən gəlin Gəncədə tapıldı
“Rəqqasə Fatimə paxıllıqdan məni bloka atıb” – Afət - VİDEO
Azərbaycanlı blogger Moskvada saxlanıldı
PREZİDENT BU BORCLARI SİLİR – Sığorta amnistiyası
ELDAR NAMAZOVUN TƏŞKİLATI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİ - Şok bəyanat
Moskvada 25 dərəcə şaxta qeydə alınıb
Kök modeldən erotik FOTO və VİDEOSESSİYA
Hakimiyyət Əli Həsənovla vidalaşır? – “Qaçqınkom” yoxlanılır
Prezidentliyə namizəd Qərbin Qarabağ proseslərinə yanaşmasını şərh edib
Düşmən atəşkəs rejimini 124 dəfə pozub
Serj Sərkisyanın Münhen şantajı və uğursuz gedişi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10195] initstartout [0.00023] initstartin [0.00128] calstart [0.01329] calend [0.00060] topnewsend [0.00456] rsssend [0.00000] ehgend [0.00611] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07513]