"Rəsul Quliyev sərsəmləyir" — Qabil Hüseynlidən eks-spikerə cavab

  • 18 may 2017, 21:24

Onun sözlərinə görə, Azərbaycan Rusiya, İran və Türkiyə arasında bölünə bilər. Eks-spikerin bu fikirləri isə birmənalı qarşılanmayıb.

Rəsul Quliyevin səsləndirdiyi fikrə politoloq Qabil Hüseynli "Ölkə.Az"-da münasibət bildirib:

"Rəsul Quliyevin səsləndirdiyi sərsəm bir fikirdir. Çünki Azərbaycan müstəqil dövlətdir və BMT tərəfindən rəsmən tanınır. Rəsul Quliyevin söylədikləri tam əsassız bir şeydir.

Azərbaycanı 3 dövlətin - Rusiya, İran və Türkiyənin arasında bölməsi və xüsusən də o dövlətlərin içərisində Türkiyənin olması xeyli gülünc görünür. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi və Azərbaycana ən çox köməklik göstərən dövlətdir. Bu 3 dövlət arasından Türkiyənin adının dərhal çıxarılmasını təklif edərdim. İranın isə belə bir addım atmağa cürəti də çata bilməz. Çünki ABŞ və Avropa dövlətləri İranın bu hərəkətinə qarşı elə bir iş görərlər ki, Azərbaycan bölünmək əvəzinə, İran ərazisinə aid edilən torpaqlarımızla birləşər. Rusiyadan ehtiyatlanmağa ehtiyac var. Rusiya isə Azərbaycana birbaşa təcavüz edə bilməz. Rusiyanın Azərbaycana qarşı hərəkətini özü yox, əlindəki maşa olan Ermənistan edə bilər. Ermənistan isə Azərbaycana hücum edəcəyi təqdirdə çox sarsıdıcı cavab zərbəsi alacaq. Azərbaycan hər gün ordusunun gücünü artırır, yeni silahlar alır.

Azərbaycanın bölünməsi, onun başqa dövlətlər arasında paylanması fikri sərsəmlikdən başqa bir şey deyil. Rəsul Quliyev oturub ABŞ-da, Azərbaycandakı proseslərə münasibət bildirir. Əgər Rəsul Quliyev görürsə ki, vətən bölünəcək, gəlsin vətənə, bunun qarşısını alsın. Rəsul Quliyevin bu fikirlərinə ciddi yanaşmaq olmaz, bu onun növbəti sərsəmləməsidir".

Səxavət Məmməd

Oxşar xəbərlər