Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Azərbaycandan imtina edən atlet Bakıda 2 qızıl medal qazandı
Azərbaycandan imtina edən atlet Bakıda 2 qızıl medal qazandı
- 17 may 2017, 15:13
Mayın 16-da Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarına start verilib.
Baku.ws xəbər verir ki, Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev 100 metr məsafəyə qaçışda rəqiblərini qabaqlayaraq finiş xəttini birinci keçib.
Azərbaycan əsilli idmançı qızıl medal qazanıb. Atlet iştirak etdiyi 200 metr məsafəyə qaçışda da yarışda finiş xəttinə birinci çatıb. O, 100 m məsafəni 10,30, 200 m məsafəni isə 20,98 saniyəyə qət edib və qızıl medalların sahibi olub.
Azərbaycanı təmsil edən atletlərdən Kamran Əsgərov 6-cı (11,04 san.), Ramiz Məlikov isə 7-ci (11,26 san.) yeri tutub.
Qeyd edək ki, atlet Ramil Quliyev 2011-ci ildə Azərbaycanda yaşadığı problemlər səbəbi ilə Vətənindən incik ayrılmışdı. 2012-ci il London Olimpiadasında Türkiyə adına yarışmaq üçün icazə ala bilməyən Ramil Azərbaycan Atletika Federasiyası ilə atasına görə probleminin olduğunu qeyd etmişdi: "Onlar mənə heç dəstək olmadılar. Atamı itirmək mənim üçün son nöqtə oldu. Anladım ki orada heç bir şey dəyişməyəcək. Buna görə də Türkiyəyə gəldim”, - deyə atlet vurğulayıb.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Rio-2016: Azərbaycan 18 medal qazandı
Üzgüçülərimiz 4 qızıl, 1 gümüş medal qazandı
Rafael Ağayev İslamiadada qızıl medal qazandı
Qadın gimnastlarımız da qızıl medal qazandı
Paralimpiya yığmamızdan beşinci medal - Rio-2016
"RİO" qızıl medalının qiyməti neçədir?
Daha bir boksçumuz qızıl medal qazandı
Bu ailə İslamiadadan 900 min manat qazandı
Rio-da dopinq QALMAQALI
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti